HİDROGEOLOJİ PLANAALMA – hidrogeoloji xәritәlәrin tәrtibi vә әrazinin ümumi hidrogeoloji şәraitini qiymәtlәndirmәk mәqsәdi ilә aparılan çöl tәdqiqatları kompleksi. H.p. prosesindә sulu horizontları, komplekslәri vә zonaları tәşkil edәn süxurlar, onların süzülmә xassәlәri, suyerlәşdirici süxurların qalınlığı, tәzyiqin ölçüsü, yeraltı suların tipi, keyfiyyәti vә rejimi öyrәnilir; әsas hidrogeoloji parametrlәrin әhәmiyyәti xarakterizә edilir, yeraltı suların qidalanması vә әmәlә gәlmәsinә tәsir göstәrәn geol., geomorfoloji, hidroloji, iqlim amillәri vә s. qiymәtlәndirilir. Ümumi vә xüsusi H.p.-ya ayırırlar. Ü m u m i H.p. 1:100000–1:500000 miqyaslarda ölkә әrazisinin hidrogeoloji xәritәlәrini tәrtib etmәk mәqsәdilә yerinә yetirilir. X ü s u s i H.p. 1:25000–1:200000 miqyaslarda konkret tәsәrrüfat mәsәlәlәrini (yeraltı su yataqlarının kәşfiyyatı, hidrotexniki yaxud iri sәnaye tikintisi, meliorasiya vә s.) hәll etmәk üçün aparılır. H.p.-nın mәqsәdi onun miqyas vә sahәsindәn asılı olaraq dәyişir. Kiçik miqyaslı (1:1000 000 vә daha kiçik) H.p. hidrogeoloji cәhәtdәn zәif öyrәnilmiş r-nların icmal hidrogeoloji xәritәlәrini, orta miqyaslı (1:200000–1:500000) H.p. dövlәt hidrogeoloji xәritәlәrini tәrtib etmәk, iri miqyaslı (1:25000–1:100000 vә daha iri) H.p. texniki vә işlәk layihәlәr mәrhәlәlәrindә xüsusi mәsәlәlәrin hәlli üçün aparılır. İri vә orta miqyaslı H.p. qazıma işlәri, bulaqların debitlәrinin ölçülmәsi, yeraltı suların sәviyyәsinә vә kimyәvi tәrkibinә nәzarәt edilmәsi vә s. ilә müşayiәt edilir; geofiziki metodlar vә s. tәtbiq olunur.










