HİDROXİNON, 1,4-d i h i d r o k s i b e n z o l – ikiatomlu fenollara aiddir.
Rәngsiz kristal maddә; tәr. 173–174℃,tqayn. 288℃. Bitkilәrdә qlükoziq şәklindә olur. H. ilk dәfә 1844 ildә F.Völer tәrәfindәn alınmışdır. Suda, qәlәvi mәhlullarında, spirtdә, asetonda, xloroformda hәll olur; klatratlar, mәs., 3C6H4(OH)2·CH3OH әmәlә gәtirir. H. qüvvәtli reduksiyaedicidir, qәlәvi mәhlullarda hava oksigenilә 1,4-benzoxinona qәdәr asan oksidlәşir; proses stabil anion-radikal – semixinonun (yәni yarım xinonun) әmәlә gәlmәsi ilә baş verir. H.-dan semixinonun әmәlә gәlmәsi zәncirvari radikal proseslәrin lәngimәsinә (sürәtinin azalmasına) sәbәb olur. H. fenolun vә ya 1,4-dizopropilbenzolun oksidlәşmәsindәn alınır. Aşkarlayıcı kimi fotoqrafiyada, antioksidant, polimerlәşmә inhibitoru, boyaq vә dәrman vasitәlәrinin istehsalında xammal kimi tәtbiq edilir. Zәif dezinfeksiyaedici tәsirә malikdir; dәrini, tәnәffüs yollarını vә gözü qıcıqlandırır.