HİDROXORİYA (hidro-... vә yun. χωρέω – getmәk, hәrәkәt etmәk) – meyvә, toxum vә s. bitki cücәrtilәrinin su vasitәsilә yayılması. H. meyvә vә ya toxumların islanmaması, havalı toxumanın (aerenxima) vә ya iri hava boşluqlarının olması, suda olmasına baxmayaraq uzun müddәt cücәrmәmәsi kimi müәyyәn xüsusiyyәtlәri ilә şәrtlәnir. H. dәniz vә şirin su hövzәlәrinin su vә sahilboyu bitkilәrinә (mәs., kokos vә Seyşel palmaları, cil, su sünbülü, nimfaların bәzi növlәri) xasdır. H.-ya xüsusilә dәniz qabarmaları vә çay axını sәbәb olur.










