Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKSİLAMİN )
    HİDROİZOLYÁSİYA
    HİDROİZOLYÁSİYA (hidro... + izolyasiya) – bina, tikili vә digәr inşaat konstruksiyalarına sukeçmәnin qarşısını almaq (süzülmәyә qarşı H.) vә ya tikilinin materialını әtraf mühitin, aqressiv mayelәrin zәrәrli tәsirindәn qorumaq (korroziyaya qarşı H.) üçün görülәn mühafizә tәdbirlәri kompleksi. Süzülmәyә (sızmaya) qarşı H. yeraltı vә sualtı qurğulara (bina zirzәmilәri, dәrinlikdә yerlәşmiş yerlәşkәlәr, tunellәr, şaxta vә endirmә quyuları) suyun keçmәsinin, hidrotexniki istinad qurğularından (bәndlәr, şlüzlәr vә s.), hәmçinin kanal, akveduk, hovuz vә su anbarlarından suyun sızmasının qarşısını almaq üçün tәtbiq edilir. Korroziyaya qarşı H. qurğuların materiallarını aqressiv sәth vә qrunt sularından (binaların özülünü, yeraltı hüdudlayıcı konstruksiyaları, metal boru kәmәrlәrini), dәniz suyundan (sahil vә yanalma körpülәrini), sәnaye-mәişәt çirkablarından (kanalizasiya kollektorları vә boruları), zәrәrli buxar vә qazlar ilә birlәşmiş atm. yağıntılarından (dam örtüyü, baca boruları vә s. yerüstü konstruksiyaları vә qurğuları) qorumaq üçündür. Əsas materialın növünә, quraşdırılma üsuluna, tәyinatına vә konstruksiyasına görә müxtәlif H.-lar olur. H.-nın әsas növlәri aşağıdakı xüsusiyyәtlәri ilә xarakterizә edilir. B o y a q (örtük) H.-sı dәmir-beton vә metal konstruksiyaların mühafizәsi üçün üzvi vә ya mineral tәrkibli nazik (2 mm-әdәk) çoxtәbәqәli örtük şәklindәdir. Qızmar vә soyuq bitum-polimer örtüklәr, epoksid-kauçuk, poliuretan vә s. polimer tәrkiblәr daha geniş yayılmışdır. S ü r t m ә H. qızmar vә soyuq polimer-sement mәhlullarla nazik (5 mm-әdәk) çox-tәbәqәli örtük materialıdır. Betonun kapilyar strukturunun möhkәmlәndirilmәsi üçün istifadә edilәn sement әsaslı sürtmә H. geniş tәtbiq olunur. S u v a q H.-sı qurğu vә tikililәrin konstruksiyasının mühafizәsi üçün çoxtәbәqәli (4 sm-ә dәk) örtükdür. Kiplәşdirici әlavәlәri olan, xırdadәnәli polimer-beton vә polimer-sement örtüklәr daha çox işlәdilir. Y a p ı ş d ı r m a H. Müәyyәn qalınlıqlı rulon materialın 1–3 qat yapışdırılması vә ya әridilib çәkilmәsi ilә yerinә yetirilir. Yüksәk çatadavamlılığı ilә seçilir. T ö k m ә H., adәtәn, qaynar bitum vә bitum-polimer mastika vә mәhlulların üfüqi sәthlәrә 2–3 tәbәqәdә (ümumi qalınlığı 30 mm-әdәk) bәrabәr paylaşdırılması ilә yerinә yetirilir. S ә p i l m ә H. xüsusi hazırlanmış ovuntuların sәpilmәsi vә ya döşәnәklәrin (bentonit gil ovuntu, bentonit döşәnәk vә s.) mühafizә olunan konstruksiyaya kip yerlәşdirilmәsi ilә hәyata keçirilir. Nәmliyin tәsirindәn sәpilmә H. şişir vә suyun süzülmәsinin qarşısını alır. Sәpilmә H.-nın qalınlığı 50 sm-әdәk vә ola bilir, döşәnәklәrin qalınlığı, adәtәn, 5–10 mm-dir. İ s l a t m a (hopdurma) H. kapillyar-mәsamәli tikinti mәmulatları vә konstruksiyalarını materiala bitum, epoksid vә s. qatranlar әsasında azözlülü maddәlәr hopdurmaqla qorumaq üçündür. İ n y e k s i y a H.-sında xüsusi tәrkib tikinti konstruksiyasının tikiş, çat vә mәsamәli yerlәrinә, ona bitişik qrunt vә ya süxurlara tәzyiqlә vurulur. Q u r a ş d ı r m a H. zamanı xüsusi hazırlanmış elementlәr (metal vә polimer tәbәqәlәr vә s.) bir-biri ilә birlәşdirilәrәk mühafizә olunan sәthә quraşdırma bağları ilә bәrkidilir. Polad, polivinilxlorid, poliolefin vә s.-dәn hazırlanır. H.-nın daha geniş yayılmış növü s ә t h ö r t ü k l ә r i vә rulon materialların kiplәşdirmә ilә deformasiya vә konstruksiya tikişlәrinә yerlәşdirilmәsidir; belә H. qurğunun (tikilinin) mühafizә olunan bütün sәthinin tamlığını vә hermetikliyini tәmin edir. Tikilinin H. işlәrindә d e f o r m a s i y a t i k i ş l ә r i n i n k i p l ә ş d i r i l m ә s i böyük әhәmiyyәtә malikdir. H. deformasiya tikişlәrindә su keçirmәzliklә yanaşı kәsişәn konstruksiya elementlәrinin kip birlәşmәsinidә tәmin etmәlidir. Qurğuların (binaların) mühafizәsi üçün, әsasәn, suyun sıxıcı tәsirinә mәruz qalan H. tәtbiq edilir. Belә H.-da mühafizә olunan konstruksiyaya suyun tәzyiqinә әks tәrәfdәn örtük çәkilir. Başlıca olaraq tikililәrin H.-nın tәmiri vә bәrpası, yeraltı qurğuların (tunel, endirmә quyuları vә s.) H.-sı üçün tәtbiq edilir. Bu tip H. Üçün әsas konstruksi yaya bәrkidilә bilәn örtüklәr (tökmә vә ya quraşdırma H.), yaxud da suyun uzun müddәtli tәsiri altında betona yaxşı yapışa bilәn (suvaq, sürtkü) H. istifadә olunur. 20 әsrin 90-cı illәrindәn sonra qurğuların H.-sına sistemli yanaşılır. Bu mәqsәdlә istilik vә buxar izolyasiyası ilә vәhdәtdә olan kombinәolunmuş H.-ya vahid sistem kimi baxılır. Belә sistemlә qurğuların әtraf mühitin tәsirlәrindәn qorunması üçün görülәn әlavә tәdbirlәrlә (qurğuların drenajı, kondisiyalaşdırma, ventilyasiya) temp-ru, suyun vә nәmliyin miqdarını, qrunt sularının sәviyyәsini tәnzimlәmәk vә s. mümkündür.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKSİLAMİN 