Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKSİLAMİN )
    HİDROİZOLYASİYA MATERİALLARI
    HİDROİZOLYASİYA MATERİALLARI – bina vә qurğuları qoruyan inşaat materialları; yüksәk keçirmәzliyә vә suyun, hәmçinin tәrkibindә duz, qәlәvi vә turşu olan dağıdıcı su mәhlullarının uzunmüddәtli tәsirlәrinә dayanıqlığa malikdir. Əsas materialın tәbiәtinә görә H.m. üzvi, mineral, metal vә onların birlәşmәlәrinә ayrılır. Çәkilmә üsuluna görә rulon (tәbәqә) vә rulonsuz (maye vә özlü-plastik) H.m. olur. Üzvi vә mineral rulon H.m. dam örtüklәrinin, hovuzların, çәnlәrin, müxtәlif tәyinatlı tunellәrin, özüllәrin, binaların, qurğuların yeraltı hissәlәrinin vә s. hidroizolyasiyası üçündür. Soyuq vә isti şәkildә çәkilәn rulonsuz H.m. tökmә, suvaq, islatma, boyaq örtüklәri hidroizolyasiyası vә hermetiklәr şәklindә istifadә edilir. Ü z v i H.m. hәm müstәqil, hәm dә onların keyfiyyәtini yüksәldәn mineral doldurucular, yaxud әlavәlәrlә tәtbiq edilәn tәbii vә sintetik maddәlәrdir. Sәthin hidroizolyasiyası, yaxud deformasiya tikişlәrinin kiplәşdirilmәsi üçün istifadә edilәn mineral ovuntular, qum, çınqıl vә ya polimerlә qarışıq neft bitumları üzvi H.m.-na aiddir. Epoksid, poliuretan, poliefir, fenol vә s. qatranlar әsasındakı polimerlәr korroziyaya qarşı hidroizolyasiya vә s. üçün geniş tәtbiq olunur. M i n e r a l H.m. müxtәlif sementlәr, silikatlar vә gillәr әsasında hazırlanır. Bu materialların polimerlә qarışıqlarından sәrt vә elastik hidroizolyasiya örtüklәri, kiplәşdirici tәrkiblәr, hәmçinin konstruksiya tikişlәri vә calaqlar üçün hazır mәmulatlar alınır; әsasәn, suvaq, sürtmә, inyeksiya vә sәpilmә hidroizolyasiyasında tәtbiq olunur. M e t a l H.m. rәngli metaldan (latun, mis, qurğuşun) vә poladdan (adi, sinklәnmiş, paslanmayan) hazırlanan tәbәqәlәr şәklindә olub, quraşdırma hidroizolyasiyasında (o cümlәdәn, deformasiya vә konstruksiya tikişlәrinin kiplәşdirilmәsindә) işlәdilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKSİLAMİN 