HİDROKİMYA – tәbii suların kimyәvi tәrkibini, hәmçinin tәbii (kimyәvi, fiziki, bioloji), antropogen faktorlar vә proseslәrin tәsirindәn onun dәyişilmәsini öyrәnәn elm. H. hidrosferin kimyası haqqında elm kimi geokimya vә hidrologiyanın bir hissәsidir. H. bir sıra istiqamәlәrә ayrılır. H.-nın әsasları - tәbii suların kimyәvi tәrkibinin formalaşma proseslәrini vә dәyişilmәsini (quru hidrologiyası, geologiya, hidrogeologiya, iqlimşünaslıq, torpaqşünaslıq, hidrobiologiya, mikrobiologiya vә s. elmlәrlә birgә) öyrәnir. Ü m u m i v ә r e g i o n a l H. – müәyyәn növ tәbii suların (atmosfer yağıntıları, yeraltı sular, çaylar, göllәr, su anbarları vә dәnizlәr) kimyәvi tәrkibinin tәdqiqi ilә mәşğuldur. Su hövzәlәrinin hidrokimyәvi rejimini vә onun fiziki-coğrafi şәrait vә bioloji prosesslәrlә әlaqәsini öyrәnir. Ümumi vә regional H. öyrәnilәn obyektdәn asılı olaraq çay hidrologiyasına, gölşünaslığa, su anbarlarının hidrologiyasına, hidrogeokimyaya, okean kimyasına, suyun ekologiyasına vә s. aiddir. T ә t b i q i H. tәbii suların tәdqiqi üsullarına vә suyun kimyәvi analizinin texnikasına aid mәsәlәlәri әhatә edir. M ü h ә n d i s H.-sı vә s u l a r ı n q o r u n m a s ı su tәchizatı vә sudan istifadә (içmәli vә tәsәrrüfat-mәişәt suları, sәnaye, k.t. vә nәqliyyatda istifadә olunan sular) mәsәlәlәrinin hәlli, tullantı suların tәmizlәnmә texnologiyası, hidrotexniki qurğuların tikintisi vә s. ilә mәşğuldur. Bu bölmә, tәbii suların keyfiyyәtinin pislәşmәsi ilә әlaqәdar xüsusi әhәmiyyәt kәsb edir. H.-nın su obyektlәrinin özü-özünә tәmizlәnmә proseslәrinin öyrәnilmәsi, suyun keyfiyyәtinin modellәşdirilmәsi vә idarә olunması, eksperimental H. vә s. kimi yeni istiqamәtlәri yaradılır. H. analitik vә fiziki-kimya, geokimya, quru hidrologiyası, okeanoloqiya, hidrogeologiya vә hidrobiologiyanın üsul vә yanaşmalarından istifadә edir. Mәsafәdәn, o cümlәdәn aerokosmik tәdqiqatlar suyun keyfiyyәt parametrlәrini yüksәk sürәtlә tәyin etmәyә imkan verir. Suyun tәrkibinin zaman vә mәkanda transformasiyasını proqnozlaşdırmaq mәqsәdilә su obyektlәrinin modellәrini qurmaq üçün müşahidә nәticәlәrinin riyazi üsullarla işlәnilmәsi geniş tәtbiq olunur. 21 әsrin başlanğıcında H., әtraf mühitin sürәtlә çirklәnmәsilә әlaqәdar yeni inkişaf mәrhәlәsini yaşayır. H.-nın әn mühüm vәzifәlәri: tәbii suların keyfiyyәtinә zәmanәtin tәmin edilmәsi; antropogen vә tәbii faktorların tәsirindәn suların kimyәvi tәrkibinin dәyişmәsinin proqnozlaşdırılması; su obyektlәrindә suyun keyfiyyәtinin idarә edilmәsi vә tәnzimlәnmәsi üsullarının işlәnib hazırlanmasıdır ki, bu da nümunәlәrin götürülmәsi, onların analizi vә mәlumatların işlәnilmәsi üçün yeni metodların vә yanaşmaların yaradılmasını tәlәb edir.
Əd.: Х о р н Р. Морская химия. М., 1972; Д р и в е р Дж. Геохимия природных вод. М., 1985; Н и к а н о р о в А.М. Гидрохимия. 2-е изд. СПб., 2001.










