HİDROKSİLAMİN – qeyri-üzvi birlәşmә, NH2OH; rәngsiz kristal maddә; tәr. 32°, sıxlığı 1335 kq/m3. Maye H. su ilә bütün nisbәtlәrdә qarışır, spirtdә yaxşı hәll olur. H. çox hiqros-kopik, termiki davamsızdır; otaq temp-runda tәdricәn, tәr.-dәn yuxarı dәrәcәdә qızdırıldıqda sürәtlә (bәzәn partlayışla) ammonyak, azot vә suya parçalanır. Sulu mәhlulda orta güclü әsasi vә çox zәif turşu xassәlәri göstәrir. Turşularla duz, (mәs., NH3OHCl) әmәlә gәtirir. H. güclü reduksiyaedicilәrlә (mәs., SnCl2, HJ) reaksiyalarda oksidlәşdirici, güclü oksidlәşdiricilәrlә (mәs., K2Cr2O7) reduksiyaedicidir. Keçid metalların duzları ilә davamlı kompleks birlәşmәlәr, mәs., [Pt(NH2OH)4]Cl2, al dehid vә ketonlarla oksimlәr әmәlә gәtirir. H.-in duzları turş mühitdә NO-nun hidrogenlә reduksiyasından (katalizator Pt), HNO3-ün duru H3PO4-dә (katalizator Pd) hidrogenlәşmәsindәn, duru HNO3-ün elektrolitik reduksiyasından alınır. H. vә onun duzları oksimlәrin, hidroksam turşuların alınmasında, kino- vә fotomaterialların komponenti kimi istifadә olunur.










