Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDROKSİTURŞULAR
    HİDROKSİTURŞULAR, h i d r o k s i k a r b o n t u r ş u l a r ı – molekulunda karboksil vә hidroksil qrupları olan üzvi birlәşmәlәr. Tәbiәtdә geniş yayılmışdır, bәzi H. biokimyәvi proseslәrdә mühüm rol oynayır. Karbohidrogen radikalının tipinә görә alifatik [mәs., hidroksisirkә (qlikol) turşusu], aromatik [mәs., o-hidroksibenzoy turşusu (salisil turşusu)] vә alitsiklik H.-a ayrılır; OH-qrupunun sayına görә mono-, di- vә polihidroksiәvәzli turşulara [mәs., hidroksi kәhrәba turşusu (alma turşusu)] vә dihidroksi kәhrәba turşularına (çaxır turşuları) bölünür. COOH-qrupunun sayına görә mono-, di- vә polikarbon H.-a [mәs., 2-hidroksi-1, 2, 3-propantri karbon turşusu (limon turşusu)] ayırd edilir. COOH vә OH qruplarının qarşılıqlı vәziyyәtinә görә 1,2- H.(α), 1,3-H.(β), 1, 4-H.(γ) vә s. [mәs., α- hidroksipropion turşusu (süd turşusu)] vә β-hidroksi propion (hidrakril) turşusuna HOCH2CH2COOH ayrılır. H. kristallik maddәlәrdir (aşağı nümayәndәlәri çox hiqroskopik olduğuna görә siropa bәnzәr mayelәrdir), suda yaxşı hәll olur. Əksәr H.-da bir vә ya bir neçә assimmetrik karbon atomu olur vә onlar enan- tiomerlәr şәklindә mövcuddur. Müvafiq karbon turşularına nisbәtәn güclü turşulardır. H. karbon turşularıspirtlәrin (aromatik H. fenolların) kimyәvi xassәlәrini, hәmçinin COOH vә OH qruplarının qarşılıqlı tәsiri ilә şәrtlәnәn sәciyyәvi xassәlәr göstәrir. H. halogen әvәzli turşuların vә hidroksi nitrillәrin hidrolizi ilә; doymamış turşulara suyun birlәşmәsindәn; aldehid vә ketonların reduksiyasından; nitrit turşusunun aminturşulara tәsirindәn vә s. alınır. H. qida mәhsulları üçün konservant, qida әtirlәyicilәri, şәrab vә meyvә sularının, lak-boya materialları üçün plastifikatorların istehsalında, dәrman vasitәlәrinin sintezindә, yunun boyanmasında rәngab, dәri aşılayıcısı, emulqator vә s. kimi tәtbiq edilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 