Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDROLİZ 
    HİDROLİZ (hidro ... +... liz) – kimyәvi birlәşmә ilә su arasında dәyişmә reaksiyası. Müxtәlif sinif birlәşmәlәr, o cümlәdәn duzlar, karbohidratlar, zülallar, yağlar hidrolizә uğrayır. H. sabiti (H. reaksiyasının tarazlıq sabiti) vә H. dәrәcәsi (H. olunmuş hissәciklәrin mәhlula daxil edilmiş ümumi hissәciklәrin sayına nisbәti) ilә xarakterizә olunur; mәhlul durulaşdıqda vә temp-r artdıqca H. dәrәcәsi artır. Duzların H.-indәn әsas vә turşu әmәlә gәlir. Bu, әksәr hallarda dönәn reaksiyadır. Duzun tәbiәtindәn asılı olaraq H. bir neçә növә bölünür. Qüvvәtli әsasın kationu ilә qüvvәtli turşunun anionundan әmәlә gәlmiş duzlar (mәs., NaNO3, KCl) adi şәraitdә H.-ә uğramır, onların sulu mәhlulları neytral reaksiya göstәrir. Qüvvәtli әsasın kationu ilә zәif turşunun anionundan әmәlә gәlmiş duzların (CH3COONa, Na2CO3) H.-i zamanı mәhlulda anionların protonlaşması vә OH– ionların qatılığının artması baş verir. Zәif әsasın kationu ilә qüvvәtli turşunun anionundan әmәlә gәlmiş duzların (mәs., AlCl3) sulu mәhlulları H3O+ ionunun yaranması hesabına turş reaksiya göstәrir. Zәif әsasın kationu ilә zәif turşunun anionundan әmәlә gәlmiş duzların, mәs., Cu(OOCCH3)2 sulu mәhlulları zәif turşu vә ya zәif әsasi reaksiyaya malik ola bilәr. Çox zәif әsasın kationu vә çox zәif turşunun anionundan әmәlә gәlmiş duzlar (mәs., Al2S3) dönmәyәn H. olunur. Qeyri-metal halogenidlәrin (mәs., PCl3) H.-indәn oksigenli (H3PO3) vә hidrogen-halogenid (HCl) turşular әmәlә gәlir. H. sayәsindә turşuluğu sabit kәmiyyәt olan bufer sistemlәr mövcuddur ki, bu da mühüm fizioloji әhәmiyyәt kәsb edir. Üzvi birlәşmәlәrin H.-i – suyun tәsiri ilә molekulda rabitәnin qırılması turşu vә ya әsasların, elәcә dә reaksiyamәh sullarından biri ilә möhkәm birlәşmәk qabiliyyәtinә malik metal ionlarının iştirakı ilә xeyli sürәtlәnir. H. spirt, aldehid, keton, vә karbon turşularını karbohidrogenlәrin halogentörәmәlәrindәn, karbon turşularının anhidridlәri, halogenanhidridlәri, amid vә mürәkkәb efirlәrindәn, müxtәlif element-üzvi birlәşmәlәr vә qlükozidlәrdәn almaq üçün istifadә olunur. Tәbii birlәşmәlәrin H.-ini yüksәk selektivliklә kataliz edәn böyük qrup fermentlәr mövcuddur (bax Hidrolazalar). Biopolimerlәrin quruluşunun tәdqiq üsullarının әksәriyyәti molekulda mürәkkәb efir, qlükozid, peptid әlaqәlәrinin hidrolitik parçalanmasına әsaslanır. H. proseslәri hidrometallurgiyada, әlvan metallurgiyada, qida, toxuculuq vә әczaçılıq sәnayesindә geniş istifadә olunur. Üzvi birlәşmәlәrin H.-i qlükoza, etil spirti, karbon turşuları vә s. istehsalında tәtbiq edilir. Yağların H.-i yuyucu vasitәlәrin vә qliserinin sәnayedә alınmasının әsasını tәşkil edir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 