HİDROLÓGİYA (hidro... + ...logiya) – tәbii suları, onlarda gedәn hadisәlәri vә proseslәri öyrәnәn elm. H. su obyektlәrinin vә onları öyrәnmә metodlarının spesifik xüsusiyyәtlәri ilә әlaqәdar okeanologiya (okean vә dәnizlәrin H.-sı), qurunun hidrologiyası [qurunun sәth sularını (çayları, göllәri, su anbarlarını, buzlaqları vә bataqlıqları öyrәnir) vә hidrogeologiyaya (yeraltı suların H.-sı) bölünür. Bәzәn qurunun H.-sına fizika, kimya vә biologiyanın bölmәlәri sayılan hidrofizika, hidrokimya, hidrobiologiyanı da aid edirlәr. Müasir H.-nın әsas problemlәri tәbiәtdә su dövranının tәdqiqi, insanın tәsәrrüfat fәaliyyәtinin ona tәsiri, su obyektlәrinin vә әrazilәrin su rejiminin idarә edilmәsi, ayrı-ayrı әrazilәrin vә ümumiyyәtlә Yerin hidroloji elementlәrinin (suyun sәviyyәsi, sәrfi, temp-ru vә s.) zaman, mәkan analizi, hәmin elementlәrin tәrәddüdünün qanunauyğunluqlarının aşkar edilmәsi vә s. ibarәtdir. H. coğrafiya elmi kimi meteorologiya, klimatologiya, geomorfologiya, landşaftşünaslıq vә s. elm sahәlәri ilә sıx әlaqәdardır; müstәqil elm kimi 20 әsrin әvvәllәrindәn formalaşmışdır.










