Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDROLOGİYA CİHAZLARI 
    HİDROLOGİYA CİHAZLARI – çay, göl, su anbarı, dәniz, okean vә s. su obyektlәrinin hidroloji rejim elementlәrini müşahidә etmәk üçün istifadә edilәn cihazlar. H.c.-ın әsas qrupu hidrometeorologiya şәbәkәsindә mütәmadi müşahidәlәr aparmaq üçün nәzәrdә tutulmuşdur. Hidroloji müşahidәlәr kütlәviliyi vә uzunmüddәtliyi, ölçülәn fiziki kәmiyyәtlәrin müxtәlifliyi, parametrlәrin geniş diapazonu ilә xarakterizә edildiyindәn hidrometeorologiya şәbәkәsi 80 müxtәlif növә aid tәxm. 60 min ölçü cihazı ilә tәchiz olunur. H.c. şәrti olaraq üç qrupa ayrılır: çay, dәniz müşahidәlәri üçün vә xüsusi cihazlar. Ç a y H.c. quruda yerlәşәn su obyektlәrinin (çaylar, göllәr, su anbarları, bataqlıqlar) fiziki, dinamik vә kimyәvi xarakteristikalarını ölçmәk vә qeyd etmәk üçündür. Su sәviyyәsinin müşahidәsi üçün әn qәdim cihaz e.ә. 4-cü minillikdә Nil ç.-da istifadә olunmuşdur. Su sәviyyәsini ölçәn müasir vasitәlәr: suölçәn tamasalar, radar vә mәsafәdәn sәviyyәölçәnlәr, sәviyyәni özüyazan cihazlar hidroloji postlarda quraşdırılır. Dәrinlik exolotla, nişan ağacı (üzәrindә bölgülәri olan paya) ilә, lotlarla (әllә işlәdilәn vә mexaniki) ölçülür. Ölçmә nöqtәlәrinin yeri geodezik alәtlәr vә ya qlobal pozisiyalaşdırma sisteminin cihazları ilә qeyd edilir. Axının müәyyәn nöqtәlәrindә su cәrәyanının sürәti vә istiqamәti qeydedicisi olan ölçmә cihazları, hidrometrik fırlanğıclar, axın sürәtini induksiyalı ölçәn cihazlar (kiçik çaylar üçün), sәthdә vә dәrinlikdәki üzgәclәr ilә tәyin edilir; axının şaquli hissәlәrindә orta sürәti ölçmәk üçün üzgәc-inteqrator, dopler vericilәri olan qurğular, xüsusi elektron cihazlar vә s. işlәdilir. Eksperimental hovuzlarda vә laboratoriyalar da su sәrfini (su axınının eninә kәsiyindәn bir saniyәdә keçәn suyun miqdarı) ölçmәk üçün ölçü qablarından, suölçәn taxmalardan, sәrfölçәnlәrdәn istifadә edilir. SES-dә su sәrfi turbinlәrin işçi xarakteristikaları ilә tәyin edilir, irriqasiyada suölçәn-avtomatlar tәtbiq olunur. Suyun temp-ru müxtәlif termometrlәr, buz qatının qalınlığı buz buru vә xüsusi tamasalarla tәyin edilir. Suyun şәffaflığı vә rәngi ağ diskin kömәyi ilә, bulanıqlığı fotobulanıqölçәnlә qiymәtlәndirilir. D ә n i z H.c. dәniz suyunun dinamik, optik, kimyәvi, fiziki parametrlәrini qeyd edir. Okeanoqrafik aparatlar tәyinatına görә sәviyyәnin (sәviyyәölçәnlәr vә s.), dәrinliyin (exolotlar), cәrәyanların sürәt vә istiqamәtinin (dәniz fırlanğıcları, axın sürәtini ölçәn dopler cihazları vә s.), temp-run (dәrinlik termometrlәri, istilik-duz zondları), dalğaların hündürlüyü vә yayılma sürәtinin (dalğaölçәnlәr vә s.), sıxlığın, duzluluğun, hidrokimyәvi vә optik parametrlәrin, hәll olmuş oksigenin hәcminin, elektrikkeçiriciliyin (konduktometrlәr, pH-metrlәr, fotometrlәr, fotokolorimetrlәr, spektrometrlәr vә s.), buz tәzahürlәrinin ölçülmәsi vә qeyd edilmәsi, su nümunәsinin (batomerlәrin kasetlәri), dib çöküntülәrinin (qrunt borucuqları, çalovlayanlar) götürülmәsi üçün vә s. cihazlara ayrılır. Cihazlar stasionar qurğularda (tikililәrdә), gәmilәrdә, sualtı aparatlar vә laboratoriyalarda, okeanoqrafik platformalarda, tәyyarәlәrdә, helikopterlәrdә vә Yerin süni peyklәrindә quraşdırılır. X ü s u s i H.c. ayrı-ayrı hidroloji mәsәlәlәrin hәlli üçün istifadә edilir. İxtisaslaşdırılmış su-balans, bataqlıq, mәcra vә s. stansiya vә postlarında düşәn yağıntı qatını (yağıntıölçәnlәr); qar örtüyünün hündürlüyünü, sıxlığını, ondakı su ehtiyatını (qarölçәnlәr vә s.); torpaqdan vә su sәthindәn buxarlanmanı (buxarlandırıcılar); torpağın nәmliyini (nәmlikölçәnlәr); donma vә әrimә dәrinliyini (donuşluqölçәnlәr) ölçәn cihazlar işlәdilir
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 