HİDROLOJİ XƏRİTƏLƏR – sәth sularının paylanmasını, rejimini, tәrkibini, xüsusiyyәt vә ehtiyatını әks etdirir. Hidroqrafiya, hidroloji öyrәnilmә, su rejimi, su balansı, buz rejimi, fiziki vә kimyәvi xarakteristikalar, bir sıra xarakterik, o cümlәdәn tәhlükәli tәzahürlәr (quruma, donma, gursululuq, daşqın, buz tıxacı), suların bioloji vә ekoloji vәziyyәti, hidroloji r-nlaşdırma, su ehtiyatları vә onlardan istifadә perspektivlәri xәritәlәrini ayırırlar. Vacib xәritәlәrdәn biri çayların axım (orta, maksimal vә minimal) xәritәsidir. Ərazinin su ehtiyatlarının qiymәtlәndirilmәsindә orta çoxillik axımın paylanma xәritәsi tәrtib edilir. H.x. su ehtiyatları barәdә mühim informasiya mәnbәyidir. İlk axım xәritәsi 1892 ildә ABŞ-da F.Nyuell tәrәfindәn tәrtib edilmişdir.










