HİDROLOJİ REJİM – su obyektlәri (okeanlar, dәnizlәr, çaylar, göllәr, su anbarları, yeraltı sular vә s.) vәziyyәtinin tәbiiamillәr vә insanın tәsәrrüfat fәaliyyәti nәticәsindә zaman (әsirlik, çoxillik, mövsümi, qısa müddәtli) vә mәkanca (su obyektlәrinin dәrinlik yaxud horizontal kәsimi üzrә) qanunauyğun dәyişmәsi. Tәbii amillәrә suyun sәviyyәsi vә sәrfi, axım sürәti, buz tәzahürlәri, suyun temp-ru, gәtirilmәlәr axınının tәrkib vә miqdarı, çay yatağının dәyişmәsi, hәll olmuş maddәlәrin konsentrasiyası, tәrkibi vә s. aiddir. H.r.-i su hövzәlәrinin fiziki-coğrafi xüsusiyyәtlәri, ilk növbәdә onun iqlim şәraiti müәyyәnlәşdirir.










