Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDROLOKASİYA
     
    HİDROLOKASİYA (hidro… + lokasiya) – obyektlәrin özünün şüalandırdığı akustik dalğaların (passiv lokasiya), ya da onların әks etdirdiyi xarici sәs mәnbәi şüalarının (aktiv lokasiya) kömәyi ilә sualtı obyektlәrin hәrәkәt parametrlәrinin (sürәtinin vә kursunun) vә vәziyyәtinin (distansiyasının vә dәrinliyinin) tәyin edilmәsi. H.-nın obyektlәri tәbii mәnşәli naviqasiya maneәlәri, hidrotexniki qurğular, batmış gәmilәr, faydalı qazıntılar, balıqların skeletlәri, sualtı qayıqlar, suüstü gәmilәr, torpedalar, minalar vә s. ola bilәr. H.-nın geniş yayılması onunla şәrtlәnir ki, akustik dalğalar digәr dalğalara nisbәtәn suyun daxilindә az udulur. Udulmanın böyüklüyü dalğanın tezliyindәn, dәniz suyunun duzluluğundan vә ondakı hava qabarcıqlarının konsentrasiyasından asılıdır. Passiv lokasiyada (sәs pelenqasiyası) bilavasitә müşahidәçidәn sәs mәnbәyinә doğru istiqamәti (pelenqi) tәyin edirlәr. Bu mәqsәdlә kәskin istiqamәt xarakteristikasına malik hidroakustik antenadan istifadә olunur. Onu fırlandırmaqla (elektrik vә ya mexaniki üsulla) antenanın çıxışındakı siqnalın maks. amplituduna uyğun gәlәn obyektә doğru istiqamәti tapırlar. İki vә ya daha çox antenadan istifadә edәrәk onlardan alınan mәlumatlar әsasında obyektә qәdәr olan mәsafә tәyin edilir. Pelenqin vә mәsafәnin ardıcıl zaman anlarındakı qiymәtlәrindәn istifadә etmәklә obyektin sürәtini vә hәrәkәt istiqamәtini tapmaq olur. Aktiv lokasiyada (exopelenqasiya) hidrolokasiya siqnalını şüalandırırlar vә obyekt tәrәfindәn әks olunan exosiqnalın τ lәngimә müddәtini ölçürlәr. Obyektә qәder olan R mәsafәsi R = с τ / 2 düsturundan (с – işığın sudakı sürәtidir) tapılır. H.-nın kömәyi ilә aşkarlanacaq sualtı obyektlәrin uzaqlığı vә onların yerinin dәqiq müәyyәn edilmәsi siqnalın sәviyyәlәri ilә onları qәbul edәn nöqtәdәki maneәnin nisbәtindәn asılıdır. Passiv lokasiyada siqnalın sәviyyәsi obyektin buraxdığı sәs dalğalarının sәviyyәsi vә sәsin su mühitindә hidroakustik yayılma şәraitlәri ilә tәyin edilir. Əsas maneә mәnbәlәri okean sәthinin küylәridir. Aktiv lokasiyada әlavә maneә mәnbәi sәsin dәniz dibinin qeyri-hamarlığından, okeanın sәthindәn vә suyun dәrin qatlarındakı hәcmi qeyri-bircinsliklәrdәn sәpәlәnmәsi ilә şәrtlәnәn dәniz reverberasiyasıdır. Exosiqnalın sәviyyәsi obyektin xüsusiyyәtlәrini әksetdirәn hidrolokasiya siqnalının gücü vә sәsin hidroakustik yayılma şәraitlәri ilә müәyyәn edilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 