HİDROMAQNEZİT – mineral Mg5[CO3]4(OH)2·4H2O. Monoklinik, psevdorombik sinqoniyada kristallaşır. İynәvarı, vәrәqvarı kristalları, bütöv, tәbaşirәbәnzәr, radial-lifli kütlә, qabıqvarı aqreqatları var. Qar kimi ağ, rәngsizdir. Şüşә parıltılıdır. Sәrtliyi 3,5; sıxlığı 2100–2300 kq/m3. Hiperbazitlәrin aşınma mәhsulu olub, damarcıq vә qabıq şәklindә serpentinitlәrdә rast gәlinir; periklazlı mәrmәrlәrdә brusitin dәyişilmә mәhsuludur. Yataqları Avstriyada (Kraubat), İranda (Şariar), Tac.-dadır (Xanranqon). Azәrb.-da Kiçik Qafqazın ofiolit qurşağının ultraәsasi süxurlarının aşınma qabığında vә Göydәrә xromit yatağında aşkar edilmişdir.

Hidromaqnezit.










