Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDROMAŞIN
    HİDROMAŞIN, h i d r a v l i k m a ş ı n – mayenin mexaniki enerjisini bәrk cismin mexaniki enerjisinә vә әksinә çevirәn qurğu. H.-da hәrәkәt edәn hәr hansı bir işçi orqanla maye arasında enerji mübadilәsi baş verir: işçi orqan ya mayedәn enerjinin bir hissәsini alır (hidromaşın-mühәrrik vә ya turbin), yaxud da H.-dan keçәn mayeyә mexaniki enerjini ötürür (hidromaşın-alәt vә ya nasos). H., qazla işlәyәn maşınların da daxil olduğu axınlı maşınlar sinfinә aiddir. Hidravlik vә qaz maşınlarının fiziki iş prinsipi demәk olar ki, eynidir, fәrq ondan ibarәtdir ki, qazlar sıxılandır, mayelәr isә praktiki olaraq sıxılmır. H.-ın işçi orqanı hәm bәrk cisim (fırlanan çarxın pәri, vint, pistonqolu, porşen vә s.), hәm dә maye vә ya qaz (şırnaqlı H.-larda) ola bilәr. Bir çox H. dönәrlik xüsusiyyәtlәrinә malikdir, yәni eyni maşın hәm maşın-mühәrrik, hәm dә maşın-alәt kimi istifadә olunur, mәs., bir çox hidravlik mühәrriklәr nasos kimi işlәyә bilir. İş prinsipinә görә H.-lar hәcmli, qravitasiyalı, dinamik H.-a vә hidravlik tarana ayrılır. Hәcmli maşınlarda enerjinin ötürülmәsi işlәk boşluğun qapalı tutumundan mayenin sıxışdırılıb çıxarılması sayәsindә baş verir. Qravitasiyalı H.-lar (su çarxları vә suqaldırıcılar) ağırlıq qüvvәsi hesabına işlәyir. Dinamik H.-da enerjinin çevirilmәsi maye axınının hәrәkәt miqdarı momentinin dәyişmәsi nәticәsindә, yәni axma kamerasında işçi orqanın fasilәsiz qüvvә ilә tәsiri hesabına baş verir. Hidravlik taranda hidravlik zәrbәdәn istifadә olunur. H. demәkolar ki, xalq tәsәrrüfatının bütün sahәlәrindә, mәs., daxiliyanma mühәrriklәrinin soyutma sistemlәrindә, әhalinin vә müәssisәlәrin su tәchizatında, energetikada, aviasiya vә raket texnikasında, әkin sahәlәrinin suvarılmasında, torpaq işlәrinin hidromexaniklәşdirilmәsindә vә s. geniş tәtbiq edilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 