HİDROMEŞƏMELİORASİYA – 1) meşә fondunun hәddәn artıq rütubәtli torpaqlarının qurudulması ilә meşә sahәlәrinin artırılmasına, onların mәhsuldarlığının yüksәldilmәsinә, istifadәsinin yaxşılaşdırılmasına vә mühafizәsinә yönәldilmiş hidrotexniki, aqrotexniki, meşә tәsәrrüfatı tәdbirlәri sistemi. H. iqlimә, çayların surejiminә, meşә flora vә faunasına, insanların hәyat vә әmәk şәraitinә faydalı tәsir edir. 20 әsrin sonuna qәdәr H. üzrә Finlandiyada 5,5 mln. ha-dan çox, İsveçdә tәqr. 1,5 mln. ha işlәr yerinә yetirilmişdir. Bax hәmçinin Qurudulma. 2) Hәddәn artıq rütubәtli torpaqların qurudulması vә meşә tәsәrrüfatında istifadәsinin, hәmçinin hidromeşәmeliorasiya işlәrinin texnika vә texnologiyasının nәzәri әsaslarını işlәyib hazırlayan elm sahәsi. Müasir torpaq H.-sının tәmәli 1930–70 illәrdә qoyulmuşdur. Azәrb. Resp. Nazirlәr Kabinetinin “Meşә fondunun mühafizәsi, qorunması vә meşәlәrin bәrpası qaydalarının tәsdiq edilmәsi haqqında 01.05.2000 il tarixli №72 Qәrarın 3.28-ci maddәsinә uyğun olaraq, meşә yetişdirilmәsi hidromeşәmeliorativ tәdbirlәr nәzәrә alınmaqla әrazi texnoloji xәritәlәri әsasında aparılır. Tәdqiqat işlәri göstәrir ki, resp.-nın eroziyaya mәruz qalmış vә kasıb torpaqlarında, k.t.-nda istifadәyә yararlı olmayan әrazilәrdә biol. cәhәtdәn davamlı vә az-çox mәhsuldar yerli (aborigen) cinslәrin әkinlәrini yaratmaq olar. Bu cәhәtdәn hidromeşәmeliorativ tәdbirlәrin rolu böyükdür. Azәrb. Resp. Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin tabeli qurumları tәrәfindәn tәkcә 2010 il – “Ekologiya ili” әrzindә 10550 ha-a qarşı cәmi 10696 ha sahәdә meşәbәrpa, o cümlәdәn 3500 ha-a qarşı 3521 ha sahәdә meşә әkini vә sәpini, 7175 ha sahәdә isә tәbii bәrpaya kömәk tәdbirlәri hәyata keçirilmişdir. 2020 ildә torpaq qoruyucu meşә zolaqlarının yetişdirilmәsi 14 min ha vә sonrakı illәr üçün isә daha 2 min ha sahәdә planlaşdırılır.










