Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDROMETALLÚRGİYA 
    HİDROMETALLÚRGİYA (hidro... + metallurgiya) – metalları filiz, filiz konsentratı vә müxtәlif istehsalat tullantılarından kimyәvi reagentlәrin suda mәhlulları vasitәsilә çıxarma vә sonradan onları hәmin mәhlullardan ayırma. H.-da müәyyәn ardıcıllıqla yerinә yetirilәn әsas texnoloji әmәliyyatlar bunlardır: filizlәrin mexaniki emalı (xırdalama, narınlaşdırma); filiz vә ya konsentratın kimyәvi tәrkibini dәyişmә (yandırma, bişirmә, kimyәvi reagentlәrlә parçalama yolu ilә; azhәllolan birlәşmәlәri hәll olan birlәşmәlәrә çevirmәklә); bәrk materialdan hәlledicilәrlә ayrı-ayrı komponentlәri çıxarma, susuzlaşdırma vә yuma; mәhlulu durulaşdırma vә ondan zәrәrli qatışıqları çıxarma; metal vә onun birlәşmәlәrini mәhluldan çökdürmә, çöküntünün emalı. Sәnaye miqyasında H. 19 әsrin sonlarından filizlәrin sianid mәhlulları (NaCN, KCN) ilә emalı nәticәsindә qızılın alınmasında istifadә edilir. H.-nın әlvan, nәcib vә nadir metalların müasir istehsalında geniş tәtbiqi onun metalları faydalı komponenti az olan vә çәtin zәnginlәşәn filizdәn çıxarmaq, hәmçinin xammalın kompleks işlәnmәsilә bütün qiymәtli tәrkibi ayırmaq imkanına malik olmasıdır. H.-nın texnoloji sxemlәrinin kömәyi ilә demәk olar ki, bütün volfram xammalı emal edilir. H.-dan sink, mis, nikel, kobalt, alüminium, nәcib vә nadir metallar, habelә nadir-torpaq elementlәr istehsalında istifadә olunur. Mis vә nikelin (әnәnәvi olaraq pirometallurgiya üsulları ilә alınan) H. üsulları ilә ayrılması getdikcә daha çox tәtbiq olunur, nәticәdә mәhsulun maya dәyәri azalır, әtraf mühit az çirklәndirilir (kükürd dioksidin – SO2 atm.-ә atılmasının qarşısı alınır), faydalı komponenti az olan xammal daha sәmәrәli emal edilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 