Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDROMETEOROLOJİ ŞƏBƏKƏ
    HİDROMETEOROLOJİ ŞƏBƏKƏ – meteoroloji vә hidroloji müşahidәlәr aparan müәssisәlәr kompleksinin ümumi adı. Havanın vәziyyәti, hidroloji rejim barәdә daha dolğun informasiya almaq mәqsәdilә demәk olar ki, bütün ölkәlәrdә H.ş. yaradılmışdır; şәbәkәlәrin işi Ümumdünya meteorologiya tәşkilatı tәrәfindәn koordinasiya edilir. H.ş. hidrometeoroloji rәsәdxana, stansiya vә mәntәqәlәrdәn ibarәtdir. Hidrometeoroloji mәntәqәlәrdәn alınan informasiyalar st.-lara ötürülür. Daha dolğun vә dәqiq müşahidәlәr vә ümumilәşdirmәlәr meteoroloji vә aeroloji rәsәdxanalarda aparılır. Hidrometeoroloji st. vә mәntәqәlәr növünә (fәaliyyәt sahәsini xarakterizә edir) vә dәrәcәsinә (aparılan müşahidә vә işlәrin hәcmini tәyin edir) görә fәrqlәnir. Növünә görә st. vә mәntәqәlәr meteoroloji, hidroloji, dәniz, aeroloji, aqrometeoroloji, hәmçinin ixtisaslaşdırılmış olur. Meteoroloji st.-lar havanın әsas elementlәrini – atm. tәzyiqini, temp-ru vә havanın nәmliyini, külәyin sürәti vә istiqamәtini, buludların sayı vә hündürlüyünü, yağıntıların miqdarını, istilik axınlarını, elәcә dә çovğunu, tufanı, dumanı vә s.-ni qeyd edir. Hidroloji informasiya mәnbәyi kimi çaylarda, iri kanallarda, göllәrdә, su anbarlarında yerlәşmiş hidroloji st.-lardan vә onlara tәhkim edilmiş mәntәqәlәrdәn, hәm dә xüsusi müşahidә (su-balans, axım, bataqlıq, çay mәnsәbi vә sahilyanı vә s.) mәntәqәlәrindәn istifadә edilir. Çaylarda, göllәrdә vә su anbarlarında müşahidә edilәn vә ölçülәn parametrlәrә suyun sәviyyәsi vә sәrfi (yalnız çaylarda), suyun temp-ru, dalğalanması, rәngi, şәffaflığı, kimyәvi tәrkibi, su cәrәyanları (göllәrdә vә su anbarlarında), buz tәzahürlәri (donma zamanı, buzun qalınlığı, buzun üzәrindәki qarın qalınlığı vә s.) aiddir. Hidroloji mәntәqәlәr daha sadә proqramla müşahidәlәr aparır. 20 әsrin sonları – 21 әsrin әvvәllәrindә hidrometeoroloji tәdqiqatlar üçün müşahidә vә ölçmәlәrin mәsafәdәn aparılan, yәni radiolokasiya, aviasiya, kosmik üsulları geniş tәtbiq olunmağa başladı. Tәdqiqatlar aparmaq üçün fasilәsiz müşahidәlәr aparmağa, informasiyanı toplayıb verilәnlәrin yığılması vә analizi mәrkәzlәrinә göndәrmәyә imkan verәn avtomatik meteoroloji st.-lar, su obyektlәrindә hidroloji qurğulardan istifadә edilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 