Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDROMİELİYA
    HİDROMİELİYA (yun. γδρομυελία; νδρό – su + μυελό – onurğa beyni) – onurğa beyni kanalında baş vermәklә patoloji proses törәdәn xәstәlik; onurğa beyni kanalının genişlәnmәsi, onurğa beynindә baş verәn distrofik prosesdir. Patoloji proses nәticәsindә onurğa beyninin daha yoğun hissәsindә maye ilә dolu sahә formalaşır vә maye genişlәnmiş onurğa beyni kanalına toplanır. H. çox vaxt boyun hissәdә baş verir vә hidrosefaliya ilә müşayiәt oluna bilir. S i m p t o m l a r ı. Bir qayda olaraq H.-nın kliniki әlamәtlәri olmur vә rentgenoloji müayinәdә müәyyәn edilir. Boşluq böyüdükdә әllәrdә vә gövdәnin yuxarı hissәsindә ağrı vә temp-r hissiyyatının azalması (bu zaman әtraflarda toxuma hissiyyatı saxlanılır) (65%); әllәrdә zәiflik vә әzәlә atrofiyası (40%) әlamәtlәri meydana çıxa bilәr. Əl oynaqlarında hәrәkәtin hәcminin mәhdudlaşması, yuxarı әtraf oynaqlarında ağrı (15–20%), әl barmaqları uclarının göyәrmәsi, dәridә tәrlilik vә ya quruluq, әtrafların soyuması (60%) qeyd edilir. Xәstәliyin simptomları on illәr boyunca zәif sürәtdә artır. Xәstәdә obyektiv müayinә zamanı әllәr vә gövdәnin yuxarı hissәsi nahiyәlәrindә pozulmuş anesteziya, yuxarı әtrafların әzәlә atrofiyası vә parezlәr aşkar edilә bilәr. Atrofiyalaşmış әzәlәlәr fibrilyar yığılma verir. Əllәrdә hәmçinin vәtәr reflekslәrinin azalması, gövdәnin yuxarı hissәsi vә әllәr nahiyәsindә trofik pozuntular qeyd edilir. Xәstәlәrin 20%-indә yuxarı әtraf oynaqlarında hәrәkәt hәcminin mәhdudlaşması vә ağrılar ola bilәr. Diaqnostikası üçün zәdәlәnmiş oynaqların rentgenoqrafiyası (sümüklәrdә patoloji dәyişikliklәr, burxulmalar, çıxıqlar); onurğanın rentgenoqrafiyası (skolioz, inkişaf anomaliyaları); onurğa şöbәlәrinin maqnitrezonans tomoqrafiyası (onurğa beyni kanalının, daha çox boyun sәviyyәsindә, genişlәnmәsi) aparılır. M ü a l i c ә s i: diaqnoz hәkim-mütәxәssis tәrәfindәn tәsdiq olunduqdan sonra aparılmalıdır. Simptomatik müalicә istifadә olunur. Hidrosefaliyanın çoxalan spinal simptomları olduqda şuntlama әmәliyyatı aparılır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 