Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDRONÁVTİKA 
    HİDRONÁVTİKA (hidro... + yun. ναυτιχή – gәmisürmә) – Dünya okeanı dibinin sualtı aparatlarla tәdqiqi vә mәnimsәnilmәsi ilә mәşğul olan elm vә texnika sahәsi. Dәrinlik sualtı aparatların (DSA-nın), elmi avadanlığın istismarını vә tәdqiqatların aparılmasını xüsusi hazırlığı olan, dәrin sularda uzun müddәt işlәmәk üçün tibbi tәlәblәrә cavab verәn h i d r o n a v t yerinә yetirir. E l m v ә t e x n i k a s a h ә s i n d ә H.-nın әsas mәqsәd vә istiqamәti Dünya okeanının dәrinliklәrindә baş verәn fiziki vә bioloji proseslәrin öyrәnilmәsi, onların әtraf mühitә vә insan orqanizminә tәsirinin araşdırılması; insanın Dünya okeanının dәrinliklәrindә tәhlükәsiz işini tәmin etmәk üçün yeni energetik qurğularla, müasir axtarış-müşahidә sistemlәri ilә tәchiz olunaraq avtonomluğu vә effektivliyi artırılan DSA-nın yaradılması; Dünya okeanında, onun dәrinliklәrindә insan fәaliyyәtinin tibbi-bioloji vә ekoloji tәdqiqi; Dünya okeanının, onun strukturunun, xüsusiyyәtlәrinin, dibinin, o cümlәdәn çoxkilometrlik dәrinliklәrin, Arktika buzlaqlarının altının, fәaliyyәtdә olan sualtı vulkanların kraterlәrinin biologiya vә geologiyasının öyrәnilmәsi; geoloji, geomaqnit, hidrofiziki, radiasiya, hidrokimya, meteoroloji tәdqiqatların aparılması, okean dibinin mantiyasının vә yer qabığının strukturunu öyrәnmәk üçün dib st.-larından istifadә etmәklә dәrin elektromaqnit vә seysmik zondlama; tarixi-arxeoloji tәdqiqatlar (mәs., batmış gәmilәrin, sivilizasiyaların maddi izlәrinin axtarışı vә tәdqiqi, obyektlәrin yığılması vә qaldırılması); şelf sәrhәdlәrinin tәyini vә xәritәlәrә qeyd olunması; neft vә qaz yataqlarının hasilatı üzrә kәşfiyyat işlәrinin aparılması, dәrinlik avadanlıqlarının quraşdırılması, qazıma platformalarının yoxlanılması; boru kәmәrlәrinin, sualtı kabel xәtlәrinin çәkilmәsinitәmin edәn mühәndis-axtarış işlәri vә s.-dir. D ö v l ә t  t ә h l ü k ә s i z l i y i n i n  t ә m i n i s a h ә s i n d ә H.-nın әsas fәaliyyәti: iqtisadi zona, kontinental şelf vә sahilyanı zonada icazәsiz fәaliyyәtin, o cümlәdәn müxtәlif silah növlәrinin yerlәşdirilmәsinin aşkarlanması vә qarşısının alınması; Dünya okeanı ehtiyatlarının öyrәnilmәsi vә mәnimsәnilmәsi mәsәlәlәrinin hüquqi tәnzimlәnmәsi; dövlәtlәrin sualtı infrastrukturunun vә dib obyektlәrinin (naviqasiya avadanlıqları, sualtı rabitә xәtti, informasiya vә digәr sistem kabellәri, neft-qaz boru kәmәrlәri vә s.) mühafizәsi istiqamәtindәdir. Tәbii vә texnogen xarakterli f ö v q ә l a d ә  v ә z i y y ә t l ә r i n q a r ş ı s ı n ı n  a l ı n m a s ı vә nәticәlәrinin aradan qaldırılması sahәsindә H. batmış obyektlәrin, o cümlәdәn dәniz aviasiyası, kosmik vә digәr texnikanın axtarışı; qәza keçirmiş (batmış) sualtı qayıqların vә digәr sualtı vasitәlәrin ekipajının xilas edilmәsi; partlayıcı, zәhәrlәyici, radioaktiv maddәlәrin basdırıldığı vә ekoloji tәhlükә mәnbәyi kimi ehtimal olunan texnikanın batdığı r-nların yoxlanılması (axtarış, müşahidә, videoçәkiliş, dәniz mühiti parametrlәrinin yoxlanılması, onların tamlığı vә sabitliyinin qiymәtlәndirilmәsi işlәri), hәmçinin hәmin tәhlükәli obyektlәrin izolyasiyası vә qaldırılması mәsәlәlәri ilә mәşğul olur. Dünya okeanının tәdqiqi üçün müxtәlif tip DSA-lar yaradılmışdır; onlara aşağıdakı funksional bloklar daxildir: hidronavtların yerlәşmәsi üçün dayanıqlı korpus (gövdә); enerji mәnbәyi (akkumulyator batareyası, nüvә energetika qurğusu); hәrәkәtverici-sükan vә manipulyasiya-texnoloji komplekslәr; televiziya-optik avadanlıqlar vә işıq cihazları; axtarış-müşahidә sistemlәri; radioelektron avadanlıqlar; bortarxası avadanlığı işә salmaq üçün bortarxası hidravlika bloku; atılan qәza ballastı. DSA-nın sualtı qayıqdan prinsipial fәrqlәri: dalma dәrinliyinin xeyli çox olması (1000 m-dәn dәrin); davamlı gövdә (çox vaxt sferik formalı); bütün müstәvilәr dә daha yüksәk manevretmә qabiliyyәti; qrunta otura vә qruntda müxtәlif sualtı-texniki işlәri apara bilmәsi; çox dәrinә dalmağa imkan verәn xeyli sayda bortarxası avadanlıq; tәdqiq olunan obyekti vizual müşahidә etmәk üçün illümi-natorlar. 21 әsrdә Dünya okeanı dibinin tәdqiq edilmәsinin iqtisadi vә müdafiә әhәmiyyәti daha da artmışdır. Bu da hidronavtların hazırlığı vә seçilmәsindә, dәrinliklәr üçün sualtı komplekslәrin yaradılmasında yeni üsullar sisteminin tәtbiqini tәlәb edir.
    “SHINKAI 6500” dәrinlik sualtı aparatı (Yaponiya).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 