Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDRONEFRÓZ 
    HİDRONEFRÓZ (hidro ... + yun. υεφρός – böyrәk + ... oz) – böyrәk toxumasının, sidik yollarının atrofiyasına vә böyrәyin funksiyasının ağırlaşmasına sәbәb olan sidiyin axıb getmәsinin pozulması nәticәsindә böyrәk kasası–lәyәni sisteminin artan genişlәnmәsi ilә xarakterizә olunan xәstәlik. S ә b ә b l ә r i: lәyәn-sidik seqmentinin stenozu, sidik yollarının anomaliyaları, böyrәkdaşı xәstәliyi, şişlәr. Ə s a s ә l a m ә t l ә r i: bel nahiyәsindә sancışәkilli (kәskin inkişaf etdikdә), yaxud küt arası kәsilmәyәn ağrı, hematuriya; infeksiya qoşulduqda bәdәn temp-runun yüksәlmәsi, piuriya (sidikdә irinin olması). Ə s a s d i a q n o s t i k a ü s u l l a r ı: kasa-lәyәn sisteminin genişlәnmәsini, böyrәyin parenximasının vәziyyәtini, damar anomaliyası ehtimalını tәyin etmәyә imkan verәn US–müayinәsi, maqnit-rezonans tomoqrafiya. Hәmçinin ekskretor uroqrafiya, retroqraf pieloqrafiya vә angioqrafiya üsullarıda tәtbiq edilir. M ü a l i c ә s i: sidiyin böyrәkdәn axıb getmәsinin bәrpa olunmasına yönәldilmiş cәrrahi әmәliyyat. Böyrәk funksiyasının saxlanması zamanı proqnoz әlverişlidir.
    Heyvanlarda, anadangәlmә vә qazanılmış H. ayırd edilir. Anadangәlmә H. sidikqovucu yolların inkişafında yaranan çatışmazlıq nәticәsindә baş verir. Qazanılmış H. sidik axarının daşlarla tutulması, yara qaysağı nәticәsindә axarların daralması, sidik yollarının vә ya sidik borusunun şişlәrlә basılması nәticәsindә yaranır. H. iki tәrәfli vә birtәrәfli ola blәr. Sidiyin çәtinliklә xaric olunması nәticәsindәlәyәn vә kasalar arasında sәrhәd tәdricәn yox olur vә ümumi boşluq yaranır. Boşluqda çoxlu miqdarda sidik toplanır, nadir hallarda böyrәklәyәninin cırılması baş verir. Böyrәkdaxili qan dövranının pozulması böyrәk yumaqçıqlarının vә borularının sıradan çıxmasına gәtirib çıxarır. Birtәrәfli H. adәtәn nәzәrә çarpmır, belә ki, zәdәlәnmiş böyrәyin işindә çatışmazlığı sağlam böyrәk kompensә edir. İkitәrәfli H. sonradan uremiyanın inkişafına sәbәb olan oliquriya ilә müşahidә olunur. Ağır hallarda (böyrәk lәyәni sidik axarı ilә әlaqәlәnmәdikdә) böyrәk, divarı fibroz birlәşdirici toxuma kapsulasından ibarәt olan, çox zaman nazik qatlı böyrәk maddәsi qabığıyla örtülmüş böyük kistaya çevrilir. Belә kistanın boşluğuna bir neçә litr maye yığılır. Donuzlarda vә iri buynuzlu qaramalda natamam H. zamanı böyrәklәrdә qoz boyda vә ya göyәrçin yumurtası ölçüsündә boşluq müşahidә olunur. Bir tәrәfli H. zamanı adәtәn digәr böyrәk hipertrofiyaya uğrayır. Diaqnoz klinik әlamәtlәr әsasında qoyulur. Xırda heyvanlarda birtәrәfli H. zamanı zәdәlәnmiş böyrәyi çıxarmaq olur. İki tәrәfli H. zamanı xәstә heyvanları vaxtında çıxdaş edirlәr.
    Əd.: Г у т и р а Ф. и д., Частная патология и терапия домашних животных, [пер. с нем.], т. 2, кн. 3, М., 1963; Ф а д д е е в Л.А. и др., Частная патология и терапия внутренних болезней домашних животных, 2 изд., М., 1947.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 