Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDROPERİKARDİT 
    HİDROPERİKARDİT heyvanlarda, infeksion hidroperikardit (lat. Hydropericarditis), ürәk kisәsinin hidroposu (maye yığılması), ürәk suyu, beyin suyu, koudrioz – heyvanların kәskin infeksion xәstәliyi olub, qızdırma, sinir simptomları, bәdәn boşluğunda vә ürәyin xarici qişasında ekssudatların yığılması ilә xarakterizә olunur. İnfeksion hidroperikarditin törәdicilәri Cowdria cinsinә aid olan rikketsilәrdir. Tәbii şәraitdә xәstәliyә qoyunlar (daha çox merinoskimilәr), keçilәr (daha çox Anqor keçilәri), qaramal, donuzlar; vәhşi heyvanlardan – Cәnubi Afrika ceyranları vә antilopların әksәr cinslәri hәssasdırlar. İnfeksiyanın mәnbәi qızdırma zamanı 30–45 gün әrzindә qanında rikketsilәr aşkar edilәn xәstә vә ya sağalmış heyvanlardır. Xәstәliyin daşıyıcıları Amblyomma cinsindәn olan, heyvanları nimfa vә imaqo mәrhәlәsindә yoluxduran A. hebraeum, A. variegatum, A. gemma vә s. iksod gәnәlәridir. Rikketsilәrin transovarial ötürülmәsi subut olunmayıb. Güman olunur ki, siçanlar, siçovullar vә d. gәmiricilәr rikketsilәrin gizli daşıyıcılarıdır. İnfeksion hidroperikardit әsasәn ilin isti vaxtlarında aşağı vә meşәlik әrazilәrdә yayılması, hәmin әrazilәrdә gәnәlәrin maksimal çoxalması ilә üst-üstә düşür. Enzootiyalar çox vaxt 6–8 gün intervalla qeyri-müntәzәm xarakter daşıyır. Rikketsilәr damarların endotel hüceyrәlәrinә daxil olaraq orada çoxalırlar. Endotel hüceyrәlәrinin dağılması qan plazmasının qarın boşluğuna, döş boşluğuna yığılmasına, hәmçinin parinximatoz orqanlarda qanaxmaların әmәlә gәlmәsinә sәbәb olur. Qan qatılaşır, orqanizmdә oksidlәşmә proseslәri pozulur. M ü a l i c ә s i. Xüsusi müalicәsi işlәnilmәyib. Simptomatik müalicә ilә yanaşı 50 kq diri çәkiyә 1 q dozada sulfanilamid preparatlarından istifadә olunur. İnfeksion hidroperikardit zamanı 1 kq diri çәkiyә 4–5 mq dozada antibiotiklәr (aureomitsin, terramisin) müalicәvi tәsir göstәrir. P r o f i l a k t i k a v ә m ü b a r i z ә u s u l l a r ı. Sağlam heyvanların gәnәlәrlә yoluxmasının qarşısının alınması vә gәnә-daşıyıcılarının mәhv edilmәsi tәdbirlәri: heyvanlar müntәzәm olaraq tәrkibindә natrium-arsenit olan vannalarda çimizdirilir, bu preparat mәhlulu ilә silinir vә ya mәhlul onların üzәrinә çilәnir, 20–24 ay müddәtinә otlaqlar karantinә bağlanır, xәstә heyvanlar tәcrid edilir vә müalicә olunur. Süni şәkildә yoluxdurulmuş qoyunların sitrat qanı ilә heyvanların mәcburi peyvәndi hәyata keçirilir.
    Əd.: Д о р о ф е е в К.А. Риккетсиозы животных. М., 1954; Инфекционные и инвазионные болезни крупного рогатого скота, под ред. Ф.А.Терентьева и А.А.Маркова, М., 1956; Immunization of cattle against heartwater and the control of the tick-borne diseases, reawater, gallsickness and heartwater, “Onderstepoort J. Veterin. Sci. Animal Ind.”, 1945.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 