Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDROPÓNİKA 
    HİDROPÓNİKA (hidro... + yun. πόνος – iş) – qida mәhlullarından istifadә etmәklә torpaqsız (süni mühitdә) bitki becәrilmәsi. Qida mәhlulunun tәrkibi ilk dәfә 1859 ildә alman kimyaçı-aqronomu V.Knop tәrәfindәn tәklif edilmişdir; 2006 ilәdәk onlarca qida qarışığı işlәnib hazırlanmışdır. H. başlıca olaraq örtülü qruntda tәrәvәz, çiçәkli, gilәmeyvә vә b. bitkilәrin yetişdirilmәsindә tәtbiq olunur. Bәrk substratlarda (çınqıl kulturası) bitki becәrilmәsi әn çox yayılmışdır. Hәr 10–20 ildәn bir dәyişdirilmәklә çınqıl, qırmadaş, keramzit, qum, vermi kulit, perlit, qum-çınqıl qarışığı vә b. istifadә edilir. Bitkilәrin kök sistemini su, qida maddәsi vә oksigenlә müntәzәm tәchizini tәmin edәn suvarma vә qidalandırma qida mәhlullarının avtomatik verilmәsi yolu ilә hәyata keçirilir. İri dәnәvәr substratdan istifadә edilәrkәn mәhlul onun dibinә tökülür, qumdan istifadә edildikdә isә sәthi çilәmә şәklindә verilir. Qida mәhlulunun verilmә tezliyi vә onun oksigenlә zәnginlәş-dirilmәsi temp-r rejimindәn vә işıqlandırılmadan asılı olaraq avtomatik tәnzimlәnir. Tәrkibindә makro vә mikroelementlәr әlverişlı nisbәtdә olan qida mәhlulu bütün vegetasiya dövrü әrzindә becәrilәn bitkilәrin biol. tәlәbatına müvafiq optimal turşuluğa malikdir. Becәrilәn bitkilәrin köklәri bilavasitә qida mәhlulu içәrisindә olmaqla su kulturası vә aeroponika H.-da daha az tәtbiq edilir. H. torpaq qarışığının tәdarükünü, hazırlanmasını vә 3–4 ildәn bir dәyişdiril mәsini, torpağın becәrilmәsini, suvarılmasını, qidalandırılmasını vә s. nәzәrdә tutan adi istixanalarda bitkilәrin becәrilmәsi ilә müqayisәdә mәhsul vahidinә düşәn xәrci xeyli azaldır. Xarici ölkәlәrdә – B. Britaniya, İtaliya, Fransa, Yaponiya vә Rusiyada tәrәvәz vә çiçәk becәrilmәsindә H.-dan geniş istifadә olunur.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 