Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDROSFER 
    HİDROSFER (hidro... + yun. σφαῖρα – kürә) – Yer kürәsini әhatә edәn su tәbәqәsi; bura suyun bütün aqreqat halları (maye, bәrk, qaz) aiddir. Atmosferlә litosfer arasında yerlәşir. H. Yerin әn qәdim tәbәqәlәrindәn biridir; demәk olar ki, bütün geol. epoxalarda mövcud olmuşdur. H.-in әsas kütlәsi Yerin mantiya maddәsinin әrimәsi vә deqazasiyası nәticәsindә formalaşmışdır. Yer H.-i üç әsas hissәyә bölünür: atmosferdәki su, dünya okeanı vә qurunun sәth suları, yeraltı sular. Atmosferdәki suyun hәcmi çox azdır; Yer sәthindәn 300 km hünd.-әdәk tәbәqәni әhatә edir; buxar, su damcıları vә buz kristallarından ibarәtdir. Dünya okeanı vә qurunun sәth suları Mariana novundan (11022 m) Comolunqma zirvәsinәdәk (hünd. 8848 m) bir sahәni tutur; burada su maye (okeanlar, dәnizlәr, çaylar, göllәr, su anbarları vә s.), bәrk (buzlaqlar, buz vә qar örtüklәri vә s.) vә bioloji (bitki vә heyvanlar alәmi) haldadır. Yeraltı sular buxar, maye, bәrk vә kimyәvi әlaqәli halda ola bilәr. Bu, torpaq rütubәti, yer qabığının üst qatının qravitasiya suları, basqılı dәrinlik suları, süxur vә çöküntülәrlә әlaqәli sular, hәmçinin mineralların tәrkibindәki sular vә yuvenil sulardır. Yer öz tarixi boyu dәfәlәrlә su balansının qlobal dәyişkәnliyinә mәruz qalmışdır. Soyuqların düşmәsi vә buzlaqların çoxalması zamanı suyun miqdarı quruda artmış, Dünya okeanında azalmışdır; istilәrin düşmәsi zamanı isә әks proses baş vermişdir. Yerin müasir su balansı (illik su mübadilәsi 1 mln. km3-dәn çoxdur) son 10 min il әrzindә bәrqәrar olmuş iqlim şәraiti ilә әlaqәdardır; temp-r-un 1–2 °C hüdudlarında tәrәddüdü su balansının stabilliyini tәmin etmişdir. H. suları insan hәyatında mühüm rol oynayır; ondan hidroenergetikada, su tәminatında, gәmiçiligdә, balıqçılıqda, rekreasiyada vә s. istifadә olunur.
    Əd.: А л п а т ь е в А.М. Мировой водный баланс и водные ресурсы Земли. Л., 1974.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 