HİDROSTATİK PRESLƏMƏ – izostatik preslәmә növü. Preslәmә xüsusi hidrostat qurğularında yerinә yetirilir. İşlәk mühiti su vә yağ olan soyuq H.p., әridilmiş şüşә, yaxud metal olan isti H.p. növlәri var. Soyuq H.p.-dәn ovuntunun ilkin sıxlaşdırılması üçün, isti H.p.-dәn isә ovuntu materiallarından mәsamәsiz hazır detallar vә ya növbәti hәcmi ştamplama üçün pәstahların alınmasında istifadә edilir.










