Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDROTÉXNİKA 
    HİDROTÉXNİKA – su tәsәrrüfatının müxtәlif sahәlәrinin texniki tәminatı mәsәlәlәrini hәll edәn elm vә texnika sahәsi. H. bir tәtbiqi elm kimi hidrologiya, hidrogeologiya, hidravlika, hidromexanika vә mühәndisi inşaat elmlәrinә (qruntlar mexanikası, inşaat mexanikası, mühәndisi geologiya vә s.) әsaslanır. H. su axınlarının hidrotexniki qurğulara vә mәcralara tәsirini, onların suyun dağıdıcı tәsirindәn qorunması üsullarını öyrәnir; çay axınının tәnzimlәmә metodlarını işlәyib-hazırlayır; suyun qruntdan, qurğudan vә onların әsaslarından süzülmәsi prosesini tәdqiq edir; hidrotexniki qurğuların vә onların әsaslarının dayanıqlığı nәzәriyyәsini vә s.-ni işlәyib hazırlayır. H.-nın bir sıra problemlәri nәzәri tәdqiqatlardan әlavә eksperiment yolu ilә, laboratoriya modellәşdirmәsi vә s. ilә hәll olunur. H. sahәsindә nәzәri tәdqiqat hidrotexniki qurğuları hesablama vә konstruksiyalama metodlarını, onların tikilmәsi vә istismarı üsullarını yaratmağa imkan verir. Su tәsәrrüfatı sahәsindәn asılı olaraq praktiki H. aşağıdakı әsas istiqamәtlәrә malikdir: çay vә dәniz sahilyanı sularından elektrik enerjisi istehsalı üçün istifadә edilmәsi (bax Hidroenergetika), k.t. sahәlәrinin meliorasiyası, sәnaye vә digәr obyektlәrin su tәchizatı; su yollarında gәmiçiliyin vә taxta-şalban axıtmanın tәmini; yaşayış mәntәqәlәri vә müәssisәlәrdәn artıq, axar vә çirkli suların axıdılması, su ehtiyatlarının qorunması vә mühәndisi üsullarla tükәnmәsinin qarşısının alınması, su obyektlәrinin bioloji vә mineral ehtiyatlarından istifadәnin tәmin edilmәsi (balıqların hidrotexniki qurğulardan buraxılması; balıq, dәniz heyvanları, yosunların artırılması üçün su tutarlarının yaradılması; filiz, duz çıxarılması), yaşayış mәntәqәlәri, sәnaye obyektlәri, nәql., rabitә xәtlәri vә s.-nin su daşqınlarının tәsirindәn qorunması vә s. H.-nın belә bölünmәsi müәyyәn mәnada şәrtidir, belә ki, çox zaman sudan istifadә kompleks xarakter daşıyır, yәni eyni zamanda bir neçә mәsәlә hәll edilir (mәs., hidroqovşaq eyni zamanda energetika tikilisi, nәql., sutoplayan vә s. funksiyaları daşıya bilir). H. insanın oturaq hәyat tәrzinә keçmәsi ilә yaranmışdır, belә ki. Aralıq dәnizi r-nları, Çin, Hindistan, Misir, Mesopotamiya vә s.-dә çay sularından suvarmada istifadә etmәdәn әkinçiliklә mәşğul olmaq mümkün deyildi. Eramızdan 4400 il әvvәl Misirdә Nil ç. vadisindә kanallar çәkilmişdi; e.ә. 4-cü min illikdә Misirdә daş bәnd tikilmişdi; Yaxın vә Orta Şәrqdә (Mesopotamiya, İran, Misir) e.ә. 4-cü – 3-cü min illiklәrdә boru kәmәri vә artezian quyuları olan şәhәrlәr mövcud idi; e.ә. 3-cü minilliyin ortalarında Çindә irimiqyaslı çay yatağı dәyişmә işlәri aparılmış, suvarma sistemlәri qurulmuşdur. Müasir Yәmәnin әrazisindә e.ә. 7 әsrdә qurulmuş irriqasiya hidroqovşağı 1300 il fәaliyyәt göstәrmişdir. E.ә. 2 әsrdә hidroqovşaqda rekonstruksiya işlәrindәn sonra torpaq bәnd (hünd. 18 m, uz. 750 m), su anbarı, magistral kanallara 2 irriqasiya su buraxıcısı daxil idi. Qәdim Yunanıstan vә Romanın yüksәliş dövründә Appiya boru kәmәri vә Romada kanalizasiya çәkildi, Pontiya bataqlıqlarının qurudulmasına cәhd göstәrildi. E.ә. 400–500 il әvvәl Samos a.-da dalğaqıranları olan dәniz portu mövcud idi; ilk gәmiçilik kanalları da (mәs., Nildәn Qırmızı dәnizәdәk kanal) tәxminәn bu dövrә aiddir. İntibah dövründә ticarәt vә sәnәtkarlığın inkişafı ilә әlaqәdar gәmiçilik kanalları, şlüzlәr tikildi, güc hidroqurğuları geniş yayıldı, Leonardo da Vinçinin nәzәri işlәri meydana çıxdı. Sonrakı dövrdә Q.Qaliley, B.Paskal, İ.Nyuton, M.V.Lomonosov, D.Bernullinin tәdqiqatları H.-nın nәzәri bazasını xeyli inkişaf etdirdi, bu da daha mürәkkәb hidrotexniki qurğuların tikintisinә imkan verdi. 18 әsr vә 19 әsrin әvvәllәrindә su nәql.-nın әhәmiyyәti xeyli artdı. 19 әsrin ikinci yarısında sәnayenin, k.t.-nın tәrәqqisi vә su tәchizatını tәlәb edәn iri şәhәrlәrin inkişafı ilә hidrotexniki tikintidә yeni yüksәliş müşahidә edildi: köhnә su yolları yenidәn konstruksiya edildi, yenilәri tikildi, iri miqyasda irriqasiya vә qurutma işlәri aparıldı, müasir tip hidroelektrik qurğuları yaradıldı. Bütün bunlara texnikanın ümumi inkişafı – maşınqayırmanın inkişafı, elektrik enerjisinin uzun mәsafәlәrә ötürülmәsi, beton vә dәmir-betonun tәtbiqi, tikintinin mexaniklәşdirilmәsi vә s. dәstәk oldu. Dәniz gәmilәrinin üzmәsi üçün Aralıq vә Qırmızı dәnizlәrin arasında Suveyş (1869, uz. 160 km), Sakit vә Atlantik okeanlarını birlәşdirәn Panama kanallarının (1920, uz. 81 km) qurulması dünya H.-nın böyük nailiyyәtlәrindәndir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 