Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDROTEXNİKİ TUNÉL
    HİDROTEXNİKİ TUNÉL – yeraltı üfüqi vә ya az mailli, qapalı en kәsiyinә malik su ötürәn qurğu. Tәyinatına görә energetika mәqsәdli (suyu SES-ә aparan vә ya ordan götürәn), boru kәmәri, suvarma üçün, suaparan, sutullayıcı, tikinti (tikinti zamanı çayın axınını gәlәcәk tikilinin kәnarından ötürmәk üçün), gәmiçilik H.t.-inә ayrılır. Basqılı vә basqısız H.t. olur. Basqılı H.t.-dә (uzunluğu boyunca tam en kәsiyi ilә işlәyir) suaparıcı su ilә tam dolduğundan atm. tәzyiqindәn yüksәk olan hidrostatik tәzyiqә mәruz qalır; bu halda әn yaxşı en kәsiyi forması dairәvidir. Basqısız H.t.-dә suyun sәviyyәsi suaparıcının yuxarıhissәsinәdәk qalxmır; en kәsiyi, әsasәn, çanaqşәkilli, bәzәn dә qutuvarıdır. Mühәndis-geoloji şәraitdәn, qaya qruntunun keyfiyyәtindәn vә qazılma üsulundan asılı olaraq H.t. beton, dәmir-betondan hazırlanmış yüksaxlayan konstruksiya ilә tam bәrkidilmiş, qismәn bәrkidilmiş, hamarlanmış çilәmә beton üzlüyә malik (yük saxlayan olmayan) vә ya ümumiyyәtlә bәrkidicisiz olur. H.t. çox qәdim dövrlәrdәn mәlumdur. Qüds vә Betlәhәm ş.-lәrinin su ilә tәminatı üçün bir neçә H.t. tikilmişdir. Qәdim Yunanıstanda Afinaya 18 sugәtirәn kanalla (biri dağ massivini tunellә kәsirdi) su verilirdi. Samos ş.-nin su tәchizatı üçün uz. 1200 m olan H.t. mövcud idi. Qәdim Roma şәhәrlәrini dә su ilә tәchiz etmәk üçün tunellәr çәkilirdi. İmperator Klavdinin dövründә (b.e.-nın I әsri) Romada tikilmiş H.t. (uz. 5600 m, suyun yuxarı vә aşağı sәviyyәsindәki fәrq 8 m idi) Fuçino gölünün suyunu çaya axıdırdı. İranın, Əfqanıstanın vә s. Orta Asiya ölkәlәrinin quraqlıq r-nlarında yeraltı suları toplayıb suvarma vә su tәchizatı mәqsәdilә işlәtmәk üçün tikilmiş kәhriz adlanan tunellәr dә qәdim H.t.-ә aiddir. Pirttikoski SES-inin (Finlandiya, 1963–64) suaparan tunelinin en kәsiyi 460 m2-dәkdir. İspaniyanın c.-dakı quraqlıq әrazilәrin su tәchizatı üçün tikilmiş H.t.-lәrin ümumi uz. 70 km-dir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 