HİDROTERMAL PROSESLƏR – hidrotermlәrin yerlәşdirici (yan) süxurlarla qarşılıqlı әlaqәsi – postmaqmatik proses. Yer tәkindә kimyәvi elementlәrin miqrasiyasında vә hidrotermal yataqların әmәlә gәlmәsindә H.p.-in rolu böyükdür. Hidrotermin kimyәvi tәrkibi onun yaranma ocağında vә hәrәkәti boyu yerlәşdirici süxurlarla kimyәvi reaksiya mübadilәsi nәticәsindә formalaşır. Hidrotermin vә yerlәşdirici süxurların kimyәvi tәrkibinin müxtәlifliyi metasomatik proseslәrin yaranmasına sәbәb olur; yerlәşdirici süxurlardakı ilkin minerallar yeni yaranmış minerallarla әvәz olunur, hәmçinin hidrotermin ilkin tәrkibi dә dәyişir. Metasomatoz nәticәsindә yerlәşdirici süxurlarda mineralların yüzlәrlә m-әdәk izlәnilәn oreolları yaranır. Ən intensiv metasomatoz filiz cismi ilә tәmasda baş verir. Əksәr alümosilikat süxurlarında hidrotermal dәyişmәlәr qreyzenlәşmә, propilitlәşmә, argillitlәşmә, serisitlәşmә, kalium metasomatozu ilә müşahidә olunur. Mis-porfir yataqları üçün intruziv yaxınlığında kalium metasomatozu zonasının inkişafı xarakterikdir. Qranitoid intruzivlәrinin karbonat süxurları ilә tәmasında skarnәmәlәgәlmә, ftorlu qranitlәrdә qreyzenlәşmә proseslәri intişar tapır.
Əd.: К о р ж и н с к и й Д.С. Теория метасоматической зональности. 2-е изд. М., 1982; Геохимия гидротермальных рудных месторождений. М., 1982.










