Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİDROTERMAL YATAQLAR
    HİDROTERMAL YATAQLAR (hidro... + yun. thérme – isti, istilik) – Yer tәkindә dövran edәn isti sulardan çökәn mineralların әmәlә gәtirdiyi faydalı qazıntı yataqları. H.y. müxtәlif tipli vulkanizmlәrlә әlaqәdardır. Hidrotermlәrdәn mineral maddәlәrin çökmәsi, temp-r vә tәzyiqin düşmәsi, mәhlulla yerlәşdirici süxurlar arasındakı qarşılıqlı kimyәvi mübadilә nәticәsindә baş verir. Süxurların boşluqlarını dolduran filiz cismlәri damar, ştok, ştokverk, linza, yuva, layvarı, bәzәn çox mürәkkәb formada olur. H.y.-ın filizlәrindәn Au, Ag, Cu, Pb, Zn, Mo, Sn, W, Be, Bi, U vә d. metallar, hәmçinin barit, sәrbәst kükürd, dağ billuru, island şpatı vә s. hasil edilir. Plutonogen, vulkanogen vә vulkanogen-çökmә H.y.-ını ayırırlar. “H.y.” terminini ilk dәfә fransız geoloqu De-Lone tәklif etmişdir.
    Plutonogen yataqlar geniş geol. vә termodinamik şәrait diapazonunda formalaşır. Damar vә ştokverk әmәlәgәlmәlәrindәn ibarәtdir; bir sıra yataqlarda mürәkkәb morfologiyaya malik metasomatik filizlәr geniş yayılmışdır. Plutonogen yataqların ümumi qәbul edilmiş tәsnifatı hәlә ki, yoxdur. Şәrti olaraq yüksәktemperaturlu (hipotermal), ortatemperaturlu (mezotermal) vә alçaqtemperaturlu (epitermal) siniflәrini ayırırlar. Y ü k s ә k t e m p e r a t u r l u y a t a q l a r 1,5–5 km dәrinliklәrdә, 350–500°C temp-rlarda formalaşır. Bu sinfin ya taqları içәrisindә mis-molibden-porfir yataqları iqtisadi cәhәtdәn daha sәmәrәli sayılır. O r t a t e m p e r a t u r l u y a t a q l a r 200–350°C temp-rlarda, 300–1500 m dәrinliklәrdә formalaşır; әsasәn filiz damarlarından ibarәtdir; mineral tәrkibi kvarsdan, sulfidlәrdәn vә sulfoduzlardan ibarәtdir. A l ç a q t e m p e r a t u r l u y a t a q l a r 50–200°C temp-rlarda, 1 km-dәn az dәrinliklәrdә yaranan filiz formasiyaları ilә әlaqәdardır.
    Vulkanogen yataqların yaranması vulkanizmin hidrotermal fәaliyyәti ilә әlaqәdardır. Filizәmәlәgәlmә onlarla m-dәn yüzlәrlә m-әdәk diapazonu әhatә edir; mineralların çökmәsi 600–500°C temp-rda (sәthә yaxınlaşdıqca temp-r 200–100°C-yәdәk düşür) baş verir. Filiz cisimlәri vulkanın boğazı vә kәnarları ilә әlaqәdardır; damar, boru, izometrik ştokverk formasındadır. Ultraәsasi vulkanizmlә Arxeyin yaşıl daş qurşağında intişar tapmış mis-nikel yataqları, turş, orta vә әsasi tip vulkanizmlә isә flüorit-bertrandit, kinovar, sәrbәst mis, alunit (Azәr.-da Zәylik alunit yatağı), island şpatı, sәrbәst kükürd yataqları әlaqәdardır
    Vulkanogen-çökmә yataqlar sualtı vulkanizm mәhsullarının dәniz suyunda çökmәsi nәticәsindә yaranır. Filiz cisimlәri lay vә jelvaklar şәklindә yatır. Bu tip yataqlar әsasi vә turş vulkanizmlә әlaqәdardır; dәniz hövzәlәri riftlәrinin dib hissәlәrindә formalaşmışdır. Bir sıra tәdqiqatçılar okeanların dibindә toplanmış dәmir vә manqanın jelvak filizlәrini dә bu qrup yataqlara aid edirlәr.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 