HİDROTRANSFORMÁTOR – üç vә daha çox pәrli çarxı (nasos, istiqamәtlәndirici aparat vә turbin çarxları) olan hidrodinamik ötürücü. Hidromuftadan fәrqli olaraq H.-da dövr edәn maye әlavә olaraq istiqamәtlәndirici aparatdan (reaktordan) keçir; istiqamәtlәndirici aparat mayenin istiqamәtini dәyişir vә aparılanvalın (turbin valının) fırlanma tezliyini, yaxud burucu momenti pillәsiz tәnzimlәmәyә imkan verir. Avtomobillәrin, teplovozların vә s. gücötürücülәrdә tәtbiq edilir.










