HİDROTROPİZM (hidro...+yun. τροπος – dönmә, istiqamәt) – böyüyәn bitki orqanlarının, xüsusilә köklәrin az rütubәtli mühitdәn çox rütubәtli mühitә doğru dönmәsi. Torpaqda rütubәt qeyri-bәrabәr paylandıqda bitki köklәri H. nәticәsindә onun әn çox rütubәtli olan hissәsinә doğru inkişaf etmәyә başlayır.










