HİFLƏR (yun. ύφή – parça, hörümçәk toru) – göbәlәklәr vә göbәlәyәbәnzәr orqanizmlәrin vegetativ cismi olan mitselilәrin tәşkil olunduğu şaxәlәnәn borular sistemi. Uc hissәdәn böyüyür vә yanlara şaxәlәnirlәr. Oomisetlәrdә vә ziqomi setlәrdә H. qeyri-hüceyrәvi (arakәsmәsiz), askomisetlәr vә bazidiomisetlәrdә isә hüceyrәvi quruluşa malikdir. H.-in qalınlığı bir neçә mkm-dәn 200 mkm-ә qәdәrdir. Onların qılafı polisaxaridlәrdәn, әsasәn zülallar vә lipidlәrlә birlәşmiş qlükonlardan ibarәtdir. H.-dә nüvә (diametri 23 mkm-әdәk), sito plazma, ehtiyat maddәsi olan qlükogenin qranulaları var; qocalan H.-dә içәrisindә hüceyrә şirәsi olan iri vakuollar әmәlә gәlir. Bitkilәrdә parazitlik edәn göbәlәklәrin H.-i ön çıxıntısını – haustorini hüceyrәyә yönәldәrәk hüceyrәarası boşluqlara dolur. Hava H.-indә göbәlәklәrin cinsi vә qeyri-cinsi spordaşıyan orqanları әmәlә gәlir.










