HİFNİ (
) Şәmsәddin Mәhәmmәd ibn Salim (1690, Misir, Bilbeys, Hәfna k. – 23.8.1767, Qahirә) – Misir alimi, xәlvәtiyyә tәriqәtinin hifniyyә qolunun banisi. Soy şәcәrәsi Hüseyn ibn Əliyә gedib çıxır. Əz hәrdә tәhsil almış, tәsәvvüfә meyil göstәrmişdir. Xәlvәti şeyxi Mustafa әl-Bәkri ilә tanışlıqdan sonra xәlvәtiyyәyә daxil olmuşdur. Onun fәaliyyәti sayәsindә xәlvәtiyyә Şimali Afrikada, xüsusilә Misirdә geniş vüsәt almışdır. Əlcәzairdә meydana gәlmiş ticaniyyә vә rәhmaniyyә, elәcә dә dәrdiriyyә, әzhәriyyә vә mәrvaniyyә (Misir) tәriqәtlәri H.-nin xәlifәlәri tәrәfindәn qurulmuşdur.










