Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİFOMİSETLƏR 
    HİFOMİSETLƏR (Hyphomycetes) – eyniadlı sıraya aid (Hyphomycetales) göbәlәklәr sinfi; yalançı vә ya anamorf (mitospor) göbәlәklәr qrupuna daxildir. H. yalnız qeyri-cinsi yolla – ekzogen sporlarla (konidilәrlә) çoxalır. Mitseli üzәrindә tәk-tәk, sıx dәstәlәrlә (koremiyalar) inkişaf edәn vә ya yastıqcıqlarda (sporodoxiyalar) birlәşmiş sadә vә ya budaqlanmış spor daşıyıcılarına (konididaşıyıcılara) malik növlәri özündә birlәşdirir. H. quruluşu, konididaşıyıcının vә konidilәrinin rәnginә görә fәrqlәnәn 4 fәsilәyә bölünür. Monililәr (Moniliaceae) fәsilәsinin nümayәndәlәrindә konididaşıyıcılar vә konidilәr adәtәn rәngsizdir, konididaşıyıcılar tәk-tәkdir vә ya sıx olmayan qruplarda toplanmışdır. Ən mühüm cinslәri: aspergill, penisill, moniliniya (Monilinia), sonuncunun zәrәrli növlәri (M. fructigena, M. cinerea, M. mali) tumlu bitkilәrin (alma, armud ağacları) meyvә çürümәsi, çәyirdәkli bitkilәrin boz meyvә çürümәsi vә almanın monilial yanığı xәstәliklәrini törәdir; Botritis (Botrytis) cinsinin ağacşәkilli budaqlanmış konididaşıyıcılara malik bir çox növlәri bitkilәrdә parazitlik edir (mәs., B. cinerea – meyvә, gilәmeyvә vә tәrәvәzin boz çürümә xәstәliyinin, B. allii – soğanın boyun çürümәsi xәstәliyinin törәdicisidir); vertisillum (Verticillium) cinsinin topa düzülüşlü budaqlanmış konididaşıyıcılara malik bәzi növlәri – pambığın solma vә kartofun quru çürümә xәstәliyinin (V. albo-atrum) törәdicilәridir. Demasikimilәr (Dematiaceae) fәsilәsi üçün tünd rәngli konidilәr vә konididaşıyıcılar sәciyyәvidir, sonuncular – tәk-tәk vә ya sıx olmayan qruplarda toplanmışdır. Bu fәsilәnin bir çox fitopatogen növlәri dәnli bitkilәrin helmintosporiozunun (Bipolaris sorokiniana), xiyarın qonur lәkәli xәstәliyinin (Cladosporium cucumerinum), kәlәmin alternariozunun (Alternaria brassicae) vә s. tәhlükәli xәstәliklәrin törәdicilәridir. Tuberkularikimilәr (Tuberculariaceae) fәsilәsindә konididaşıyıcılar müxtәlif rәngli yastıqcıqda toplanmışdır. Fuzarium (Fusarium) cinsindә – әksәr dәnli bitkilәrin vә tәrәvәz bitkilәrinin, kartofun, kәtanın vә s. fuzarioz xәstәliyinin törәdicilәri olan çox zәrәrli növlәr toplanmışdır. Stilbellәr (Stilbaceae) fәsilәsi nümayәndәlәrinin xüsusiyyәti konididaşıyıcıların koremiyalarda toplanmasıdır. Ən patogen növü – qarağac qrafiumu (Graphium ulmi) – qarağac vә qarağackimilәr fәsilәsinin digәr bitkilәrinin holland xәstәliyinin törәdicisidir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 