“HİKMƏT” – 1892–1906 illәrdә Qahirәdә fars dilindә nәşr olunan siyasi, elmi vә әdәbi qәzet. Tәsisçisi vә redaktoru Mәhәmmәd Mehdi xan Tәbrizi idi. Qәzet fasilәlәrlә ayda 3, bәzәn 2 vә ya 1 dәfә çıxmışdır. “H.”-dә vәtәnpәrvәrlik ruhunda mәqalәlәr dәrc edilmiş, dünyada baş verәn proseslәrin tәhlili verilmiş, müstәmlәkәçi dövlәtlәrin Şәrq ölkәlәrindә törәtdiklәri cinayәtlәr ifşa olunmuşdur.










