HİQROFİTLƏR (hiqro... + yun. φυτόν – bitki) – yüksәk rütubәtlilik şәraitindә bitәn bitkilәr. H. üçün yüksәk kutikulyar transpirasiyaya kömәk olan zәif inkişaf etmiş kutikulalı nazik iri yarpaq lövhәlәri sәciyyәvidir. Uzun gövdәlәrin mexaniki toxumaları demәk olar ki, inkişaf etmәmişdir; kök sistemi zәifdir. Hәtta suyun cüzi çatışmazlığı onlarda gözәçarpan solmaya sәbәb olur. Bu quruluş xüsusiyyәtlәri rütubәtli tropik meşәlәrin ot bitkilәrindә daha aydın görünür. Yerüstü orqanları günәş şüalarının vә külәklәrin quruducu tәsirinә mәruz qalan bataqlıq ot bitkilәri daha qalın kutikulaya malik olub yarpaq lövhәlәri o qәdәr dә nazik vә iri olmur.










