HİQROSTÁT (hiqro...+ ...stat) – işlәk kamerada süni surәtdә havanın verilmiş nisbi rütubәtini yaradan vә onu uzun müddәt saxlaya bilәn qurğu. İş prinsipi havanın kamera, nәmlәndirici vә ya quruducularda mәcburi dövretmәsinә әsaslanır. Tüklü hiqrometr, radiozond vә s.-nin yoxlanılmasında işlәdilir.










