HİL – Azәrb. Resp. Qusar r-nunda kәnd. Hil ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 12 km şm.-q.-dә, Qusar maili düzәnliyindәdir. Əh. 5800 (2020); әkinçilik vә heyvandarlıqla mәşğuldur. 1 tam, 2 ümumi orta mәktәb, 2 idman meydançası, uşaq bağçası, mәdәniyyәt evi, kitabxana, tibb mәntәqәsi var. Kәndin adı, ehtimal ki, Albaniyada (Qafqaz) yaşamış gel tayfalarının adından götürülmüşdür. Kәnddә arxeoloji abidәlәrdәn Erkәn Dәmir dövrünә aid nekropol, Qurupel yaşayış yeri vә qәbiristanlığı (3–7 әsrlәr), memarlıq abidәlәrindәn mәscid (19 әsr) var.










