“HİLAL” – hәftәlik ictimai-siyasi, elmi-әdәbi vә iqtisadi qәzet; şәnbә vә bayram günlәri Azәrb. dilindә nәşr edilmişdir. İlk nömrәsi 1910 il dekabrın 18-dә, sonuncusu 1911 il yanvarın 19-da (cәmi 5 nömrә) Bakıda çıxmışdır. Naşiri M.H.Abdullayev (A b d u l l a z a d ә), redaktoru Əliabbas Müznib (M ü t ә l l i b z a d ә) idi. Liberal-burjua istiqamәtli “H.”-da çarizmin milli müstәmlәkәçilik siyasәtinә qarşı materiallar da dәrc edildiyinә görә ilk iki nömrәsi hökumәt tәrәfindәn müsadirә olunmuş, beşinci nömrәdәn sonra isә qәzet bağlanmışdır. “H.”-da S.Hüseyn, Ə.Müznib vә b.-nın әsәrlәri dәrc edilmişdir. Ə.Müznib qadağan olunmuş “H.”-ın әvәzinә 3 gün sonra “Şәhabi-saqib” jurnalının nәşrinә başlamışdır.










