HİLBERT David (23.1.1862, Köniqsberq, indiki Kalininqrad yaxınlığında, Velau – 14.2.1943, Höttingen) – alman riyaziyyatçısı, SSRİ EA-nın әcnәbi fәxri üzvü (1934). Köniqsberq Un-tini bitirdikdәn sonra (1885) orada işlәmişdir (prof. 1893–95). Höttingen Un-tindә prof. (1895–1930). Yaşına görә istefaya çıxdıqdan sonra, orada 1933 ilә qәdәr mühazirә oxumuşdur. H.-in tәdqiqatları riyaziyyatın bir çox sahәlәrinin inkişafına böyük tәsir göstәrmişdir. H.-in elmi fәaliyyәti riyaziyyatın müәyyәn sahәlәrinә hәsr olunmuş dövrlәrә ayrılır: invariantlar nәzәriyyәsinә (1885–93), cәbri әdәdlәr nәzәriyyәsinә (1893–98), hәndәsәnin әsaslarına (1898–1902), Drixle prinsipi vә hәmçinin, variasiya hesabı vәdi ferensial tәnliklәrin bu prinsipә aid problemlәrinә әsaslanan mәsәlәlәrinә (1900 – 06), inteqral tәnliklәr nәzәriyyәsinә (1900 – 1910), әdәdlәr nәzәriyyәsindә Varinq probleminin hәllinә (1908–09), riyazi fizikanın әsaslarına (1910–22), riyaziyyatın mәntiqi әsaslarına (1922–39) aiddir. H. 1922 ildә bütün riyaziyyatın әsaslandırılmasının geniş planını, onun tam ifadә olunması yolunu özündә cәmlәşdirdi. Alman riyaziyyatçısı P.Bernaysla birlikdә yazdığı 2 cildlik “Riyaziyyatın әsaslandırılması” әsәrindә bu konsepsiya әtraflı inkişaf etdirilmişdir (1934 vә 1939 illәrdә nәşr olunub). H-in bu sahәdәki ilk ümüdlәri özünü doğrultmadı: onun ifadә etdiyi riyazi nәzәriyyәdәki qeyri-ziddiyyәt problemi әvvәlcә fikirlәşdiyindәn daha dәrin vә çәtin oldu (bax Gödel ). H.- in yaradıcılığında insan zәkasının qeyri-mәhdud gücünә inam, riyazi elmlәrin vә tәbiәtşünaslığın birliyi xarakterikdir. H.-in nәzarәti altında nәşr olunmuş әsәrlәri toplusu (1932–35) “Tәbiәtin dәrk olunması” mәqalәsi ilә, bu mәqalә isә “Biz bilmәliyik – biz bilәcәyik” şüarı ilә tamamlanır. 1900-cü ildә Parisdә 2-ci Beynәlxalq riyaziyyat konqresindә H.-in çıxışı 20-ci әsrdә riyaziyyatın önәmli sahәlәrinin inkişafına böyük tәsir göstәrdi (bax Hilbert problemlәri). N.İ.Lobaçevski ad. Beynәlxalq mükafata layiq görülmüşdür (1904).











