HİLBERT FƏZASI – skalyar hasil daxil edilmiş vә bu skalyar hasilin doğurduğu normaya nәzәrәn tamlıq şәrtini ödәyәn xәtti sonsuz ölçülü fәza. Bu cür fәzaları riyazi fizika tәnliklәrinin hәlli üçün istifadә edәn D.Hilbertin şәrәfinә adlandırılmışdır. H.f. sonlu ölçülü vektor (Evklid) fәzasının tәbii ümumilәşmәsidir.










