HİLBERT PROBLEMLƏRİ – 1900-cü ildә Parisdә keçirilәn 2-ci Beynәlxalq riyaziyyat konqresindә D.Hilbert tәrәfindәn formulә edilәn riyaziyyatın 23 mәsәlәsi. H.p. ilә әlaqәdar ideyaların inkişafı 20-ci әsrdә riyaziyyatda әldә edilәn nailiyyәtlәrdә әhәmiyyәtli rol oynadı. H.p. riyaziyyatın müxtәlif sahәlәrinә, bәzilәri isә eyni vaxtda bir neçә sahәsinә aiddir. H.p.-ndәn ikisi riyaziyyatın әsaslandırılmasına, üçü cәbrә, beşi әdәdlәr nәzәriyyәsinә, üçü hәndәsәyә, biri topologiyaya, altısı cәbri hәndәsәyә, üçü Li qruplarına, ikisi hәqiqi vә kompleks analizә, dördü diferensial tәnliklәrә, biri variasiya hesabına, biri fiziki nizam sıralarına (Hilbert ehtimal nәzәriyyәsini dә bura daxil edirdi) aiddir. Bütün H.p. demәk olar ki, müәyyәn sәviyyәdә öz hәllini tapıb. Ən mәşhur H.p.-nә misal olaraq kontinuum-hipotezlә әlaqәli (1-ci H.p) mәsәlәni; bәzi әdәdlәrin transsendent olması ilә әlaqәli (7-ci H.p.) mәsәlәni; Diofant tәnliklәri ilә әlaqәli (10-cu H.p.) mәsәlәni göstәrmәk olar.










