Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİLCİLƏR
    HİLCİLƏR, H a l a c i l ә r – 1202–1531 illәrdә Lahnavati, Dehli vә Malvada hakimiyyәtdә olmuş türk mәnşәli sülalә. L a h n a v a t i H i l c i l ә r i (1 2 0 2 – 2 7) – Bihar vә Benqaliyada hökm sürmüş ilk türk müsәlman sülalәsi. Banisi Mәhәmmәd Bәxtiyar Hilcidir. Onların idarә etdiklәri sultanlıq Qanq vә Brahmaputra vadilәrini, Benqaliya vә Biharı әhatә edirdi. Nümayәndәlәri: İzzәddin Mәhәmmәd [1206–11], Əlaәddin Əli [1211–13], Qiyasәddin [1213–27]. 1227 ildә Dehli sultanı Şәmsәddin İltutmuşun Bihar vә Benqaliyanı tutmasından sonra Lahnavati H.-inin hakimiyyәtinә son qoyulmuşdur. D e h l i H i l c i l ә r i (1 2 9 0 – 1 3 2 0) – H.-in әn geniş sәrhәdlәrә sahib olduqları bu dövrdә Pәncab, Sind vә Qanq boyları, Malva, Qucarat, Dekan vә Cәnubi Hindistan Dehlidәn göndәrilәn valilәr tәrәfindәn idarә edilirdi. Dehli H.-i sülalәsinin banisi Cәlalәddin Firuzdur [1290–96]. Ondan sonra hakimiyyәtә gәlmiş Əlaәddin Hilci [1296–1316] Qucarat, Malva, Racput vә s. racәliklәri, Cәnubi Hindistandakı bir sıra vilayәtlәri sultanlığın tәrkibinә qatmış, 1297–1308 illәrdә monqol hücumlarının qarşısını almış, ictimai, iqtisadi vә hәrbi islahatlar keçirmişdir. Əlaәddindәn sonra hakimiyyәtә gәlmiş oğlu Qütbәddin Mübarәk [1316–20] atasının sәrt idarә üsulunu vә islahatlarını lәğv etsә dә, hakimiyyәti әlindә saxlaya bilmәmiş vә öz sәrkәrdәsi Xosrov xan tәrәfindәn öldürülmüşdür. Bununla Dehli sultanlığında H.-in hakimiyyәtinә son qoyulmuş, Tuğlaqilәr hakimiyyәtә gәlmişdilәr. M a l v a H i l c i l ә r i (1 4 3 6 – 1 5 3 1) – sülalәnin banisi I Mahmuddur [1436–69]. Əsas şәhәrlәri Dhar vә Mandu olan Malva H.-inin idarә etdiyi sultanlıq Qucarat, Bundelkhand, Qondvana, Xandeş vә Racputana ilә qonşu idi. Nümayәndәlәri: Qiyas şah [1469–1500], Nasir şah [1500– 11], II Mahmud [1511–31].
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 