HİLDERBRAND Bruno (6.3.1812, Hamburq – 29.1.1878, İena) – alman әsilli iqtisadçı vә statistik, qәdim alman tarixi mәktәbinin әsas nümayәndәlәrindәn biri. Leypisiqdә oxumuşdur. Elmi karyerasının başlanğıcında Vrotslav, daha sonra Marburq Un-tlәrinin prof.-u olmuş, 1846 ildә Almaniyanın “London qәzeti”ndә dәrc olunmuş mәqalәsinә görә Marburqda mühakimә edilmiş, bütün akademik öhdәliklәrindәn mәhrum qalmış vә yalnız 1848 ildә bәraәt qazanmışdır. Frankfurt Milli yığıncağına (1848), Kurhessen lantdaqına (1849–50) üzv seçilmişdi. 1851–61-ci illәrdә H. Zürih vә Bern un-tlәrinin prof.-u olmuş vә burada ilk İsveç statistika bürosunun әsasını qoymuşdur. İsveçrәdә Nordostbahn d.y. şirkәtini yaratmışdır. İsveç iqtisadi hәyatında iştirakı ona qarşı etirazlar oyatdığından H. Almaniyaya köçmüş vә yaratdığı Türingiya mәrkәzi statistika bürosunun direktoru olmuşdur. H. klassik iqtisadi mәktәbi, xüsusilә dә D.Rikardonun işlәrini kәskin tәnqid edirdi. Onun fikrinә görә, iqtisadi inkişaf xәtti qeyri-tsiklik xarakter daşıyır. Öz işlәrindә H. cәmiyyәtin inkişaf tarixini üç dövrә – natural tәsәrrüfat, pul tәsәrrüfatı vә kredit tәsәrrüfatlarına bölürdü. O, kapitalist istismarçılıq faktını inkar edir, marksizmin әleyhinә çıxaraq burjuaziya vә feodal xüsusi mülkiyyәtçiliyin tәrәfindә durmuşdur. Sosializmin azadlığa zidd bәrabәrlik gәtirdiyini iddia edәrәk sosial qeyri-bәrabәrliyi üstün tuturdu.
Ə s ә r l ә r i: Die Nationalökonomie der Gegenwart und Zukunft. Frankfurt/Main, 1848; Die kurhessische Finanzverwaltung. Kassel. 1850; Statistische Mitteilungen über die volkswirtschaftlichen Zustἂnde Kurhessens. Berlin, 1853.










