HİLDESHÉYM DƏFİNƏSİ – 1868 ildә Almaniyanın Hildesheym ş. yaxınlığında tapılmış 69 gümüş qab vә müxtәlif әşyalardan (boşqab, kasa, piyalә, sini, parç vә s.) ibarәtdir. Bәzi qabların üzәrindә relyefli cizgilәri var. İtaliya, İsgәndәriyyә vә qismәn dә kelt istehsalı olan H.d. әşyaları, әsasәn, e.ә. 1 әsrә (bәzilәri eramızın 1 әsrinә) aiddir. Qabların Germaniyada hәrbi әmәliyyat aparmış Roma sәrkәrdәsi Publi Kvintili Vara mәxsusluğu ehtimal olunur. Bununla yanaşı, alimlәrin bәzilәri H.d.-n -dәn tapılmış әşyaları hәrbi qәnimәt hesab edir. H.d.-nin Roma dövlәtinin sәnәtkarlıq vә incәsәnәtinin öyrәnilmәsindә mühüm әhәmiyyәti var. O, eyni zamanda qәdim german cәmiyyәtinin yuxarı tәbәqәlәrinin zәnginliyini göstәrir. Dәfinәdәn tapılmış әşyalar hazırda Berlindәki Köhnә muzeydә saxlanılır.










