HİLL Arçibald Vivien (26.9. 1886, İngiltərə, Bristol – 3.7.1977, İngiltərə, Kembric) – ingilis fizioloqu, London Kral Cəmiyyətinin üzvü (1918 ildən, 1935–45 illərdə katibi), biofizi kanın və aperasiyanın tədqiqi banilərindən biri. Nobel mükafatı laureatı (1922, O.Meyerqofla birlikdə). Kembric Un-tini bitirmişdir (1907). 1914–19 illərdə Kembric Un-tindә fiziki kimyadan, Mançester Un-tində fiziologiyadan dərs demişdir. 1920–23 illərdə Mançester Un-tində fiziologiya üzrə prof., 1923–25 illərdə Londonda un-t kollecində fizilogiya üzrə prof. işləmişdir. Elm və Təhsilə Kömək Cəmiyyətinin sədri (1946–63, 1963 ildən prezidenti) olmuşdur. Əsas əsərləri əzələ fəaliyyətinin termodinamikası və əzələ yığılması mexanizmi üzrədir. Əzələlərdə temp-run ölçülməsinin termoelektrik üsulunu təkmil ləşdirmiş, sinirlərdə və əzələlərdə istilik əmələgəlməni öyrənmək üçün bir sıra dəqiq cihazlar yaratmışdır. Əzələlərdə oksigen istifadəsi ilə parçalanma məhsullarının kənar edilməsi arasındakı əlaqənin səciyyələndirilməsi üçün “oksigen boru” və “sabit vəziyyət” anlayışlarını tətbiq etmişdir.
Ə s ə r l ə r i: Ad ventures in biophysics. Phil. L., 1931; Muscular activity. Balt., 1926; Ruscaya tərcümə – Работа мышц. М.–Л., 1929; Эпизоды из области биофизики. М.–Л., 1935; Механика мышечного сокращения. Старые и новые опыты, М., 1972.











