HİLLƏ, Ə l - H i l l ә (
) – İraqda şәhәr. Babil mühafazasının inz. m. Əh. 544 min (2010). Fәrat çayı sahilindә, Bağdaddan 100 km c.-dadır. D.y. st. Toxuculuq vә sement müәssisәlәri var. 1101 ildә Fәrat çayıının şәrq sahilindә, Əl-Camieyn ş. yaxınlığında salınmışdır. Evlәrin tikintisindә qәdim Babil ş.-nin xarabalıqlarından götürülmüş kәrpiclәrdәn istifadә olunmuşdur. 18 әsrdә Osmanlı imperiyası tәrkibindә inzibati mәrkәz idi. 1920 ildә ingilislәrә qarşı üsyan zamanı şәhәrdә şiddәtli döyüşlәr getmişdir. 2003 ilin aprelindә koalisiya qüvvәlәrinin İraqa müdaxilәsi gedişindә ağır döyüşlәrin meydanına çevrilmiş H. koalisiya qüvvәlәrinin idarәsinә keçmişdir.

Hillә. Babilistanın İştar qapısı (bәrpadan sonra). E.ә. 6 әsr.










