HİLLİ (
) Cәmalәddin ibn Yusif, Ə l l a m ә H i l l i (23.12.1250, İraq, Hillә – 27.12.1325, Hillә) – ilahiyyatçı, islam hüququ alimi, filosof. İlk tәhsilini atasından vә dayısı Mühәqqiq Hillidәn almış, Əhmәd ibn Tavus, İbn Meysәm Bәhrani vә b.-dan müxtәlif elmlәri öyrәnmişdir. Marağa rәsәdxanasında fәaliyyәt göstәrmiş, Nәsirәddin Tusidәn mәntiq vә fәlsәfә dәrsi almış, onun әsәrlәrinә (“Tәcrid әl-etiqad”, “Qәvaidül-әqaid”) şәrhlәr yazmışdır. Fәxrәddin Razi vә Əsirәddin Əbhәrinin fәlsәfәsi ilә tanış olmuşdur. Ensiklopedik biliklәrinә görә “әllamә” adını almış, 27 yaşında mәrcә әt-tәqlid olmuşdur. H. yetkinlik dövrünün böyük bir qismini Bağdadda vә Hülaku hökmdarı Olcaytunun dәvәtindәn (1305) sonra Sultaniyyәdә (İran) keçirmişdir. Olcaytunun ölümündәn sonra Hillәyә qayıtmış, ömrünün sonunadәk orada yaşamışdır. Mәzarı Nәcәf ş.-ndә İmam Əli türbәsindәdir. H.-nin teologiya, fәlsәfә, mәntiq, hüquq kimi müxtәlif sahәlәrә dair yüzdәn çox әsәrindәn 60-a yaxını dövrümüzә çatmışdır. Əsәrlәrinin siyahısı özünün “Xülasәtül-әqval” (“Fikirlәr mәcmusu”, 1294) bioqrafik әsәrindә verilmişdir. H. ağıl-vәhy mәsәlәsinә balanslı yanaşmış, bilik nәzәriyyәsi vә tәbiәt fәlsәfәsindә mötәzilәnin Bәsrә mәktәbinә yaxın olmuşdur. Dinin tәmәl mövzularına münasibәtdә, xüsusilә imamәt mәsәlәsindә mötәzililәrdәn ayrılmışdır. Fәxrәddin Razinin nübüvvәtlә bağlı bәzi görüşlәrindәn tәsirlәnmişdir. Cәfәri fiqhinin formalaşmasında ayrıca mәrhәlә tәşkil edәn H. hüquq normalarının müәyyәnlәşdirilmәsindә әnәnәçilәrә (әxbarilәrә) qarşı çıxmışdır. Eyni zamanda qiyas (analogiya) metodunu inkar edәrәk, ilkin mәnbәlәrdәn deduktiv çıxarış metodologiyası kimi ictihadı önә çәkmişdir. İmamın fiziki yoxluğu şәraitindә fәqihin onun tәmsilçisi qismindә çıxışetmә hüququnu tanıyan H. “niyabәt” (naiblik) doktrinasını formulә etmişdir. Teologiyaya dair әn mәşhur әsәri özünün 10 fәsildәn ibarәt “Minhacüs-sәlah” (“Xeyir yolu”) әsәrinә әlavә kimi yazdığı vә geniş oxucu kütlәsinә ünvanladığı “әl-Babül-hadi әşәr”dir (“On birinci fәsil”, 1323). Polemik әsәrlәrindә әşәriyyә mәktәbinin fatalist görüşlәrini tәnqid etmiş, imamiyyә doktrinasını әsaslandırmışdır. Fәlsәfәyә dair әn mühüm әsәri “Əsrarül-xәfiyyә”dir (“Gizli sirlәr”, 1281).










