HİLMƏND (
) – Əfqanıstan vә İranda (aşağı axını) çay. Uz. 1150 km, hövzәsinin sah. tәqr. 500 min km2. Baba silsilәsindәn (Hindiquş d-rı) başlanır; Registan vә Dәşti-Mәrqo düzәnliklәrindәn keçәrәk Hamun gölünü su ilә tәmin edir vә axarsız Sistan çökәkliyindә qurtarır. Orta su sәrfi 400–500 m3/san. Yaz-yay daşqınları olur. Suvarmada istifadә edilir.

Hilmәnd çayı. Əfqanıstan.










